Prezident İlham Əliyev xarizmatik lider kimi yüksək nüfuza malikdir

Məlumdur ki, istənilən ölkədə keçirilən rəy sorğuları əhalinin mövcud siyasi kursa olan münasibətini açıq şəkildə ortaya qoyur. Bu da faktdır ki, bəzi ölkələrdə, xüsusən, mövcud iqtidarın reytinqinin, ölkəyə rəhbərlik edən şəxsin nüfuzunun, hakim siyasi partiyaya olan inamın sürətlə gerilədiyi dövlətlərdə bu qəbildən olan sorğuların keçirilməsi  yasaq edilir. Azərbaycanda isə istər daxili, istərsə də beynəlxalq qeyri-hökumət təşkilatlarının rəy sorğusu keçirməsinə  heç zaman heç bir maneə törədilməyib. Həmin sorğuların daha birinin nəticələri də dekabrın 20-də məlum oldu.

Kütləvi informasiya vasitələri yazdılar ki, “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı ölkədə mövcud ictimai-siyasi durumun qiymətləndirilməsinə dair ekspress rəy sorğusu keçirib. Sorğunun nəticələrinə görə, respondentlərin 92,8 faizi Azərbaycanda ictimai-siyasi vəziyyəti sabit kimi qiymətləndirib. İqtidarın yeritdiyi  xarici siyasəti dəstəkləyən respondentlər  91,4 faiz təşkil edir. Dövlətin daxili siyasətini isə respondentlərin 84,7 faizi dəstəkləyib.  Fikrimizcə, bu, tam ədalətli və obyektiv yanaşmanın göstəricisidir.

Əslində,  bu nəticələr tamamilə gözlənilən idi. Çünki Azərbaycan vətəndaşı beynəlxalq aləmdə baş verən ictimai-siyasi prosesləri də görür, ölkəmizdəki vəziyyəti də.  İnsanlar dünyanın müxtəlif ünvanlarında davam edən aclıq, səfalət, yoxsulluq, işsizlik, gələcəyə inamsızlıq hallarının da şahididirlər, ölkəmizdəki tərəqqinin də. Ölkə əhalisi Azərbaycan dövlətinin həyata keçirdiyi siyasi, iqtisadi, sosial layihələrin  sadə vətəndaş üçün nə dərəcədə  səmərə verdiyinin fərqindədir.

Rəyi soruşulanların böyük əksəriyyəti bu tərəqqi və inkişafın gələcəkdə daha böyük vüsət alacağına əmindir. Ona görə də ölkənin 68 rayonunda – 4560 nəfər arasında keçirilən rəy sorğusunda  verilən “Gələn həftə prezident seçkiləri keçiriləcəyi halda kimə səs verərdiniz?” – sualını respondentlərin 85,2 faizi belə cavablandırıb: “İlham Əliyevə səs verərdim”. Rəyi soruşulanların 62,9 faizi isə Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunmasını yüksək qiymətləndirib.

Fikrimizcə, bütün bunlar ölkədə həyata keçirilən hərtərəfli islahatların və reallaşdırılan çoxsaylı layihələrin sadə vətəndaşlar tərəfindən yetərincə yüksək qiymətləndirilməsinin göstəricisidir. Xalqımız inanır ki, bizi gələcəkdə daha böyük inkişaf və uğurlar gözləyir. Çünki həyata keçirdiyimiz siyasi kursun təməlində ulu öndər Heydər Əliyevin müdrikliyi dayanır.

Rüstəm XƏLİLOV, 
Milli Məclisin deputatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında