Gələn ilin dövlət büdcəsi Azərbaycan iqtisadiyyatının inkişafına mühüm töhfədir

Milli Məclisin qəbul etdiyi 2018-ci il üçün dövlət büdcəsi ilə bağlı ilk növbədə onu qeyd etməliyəm ki, gələn ilin büdcəsinin gəlirləri bu illə müqayisədə 20 faiz və ya 3 milyard 361 milyon manat çoxdur.

Təkcə bu rəqəmə əsasən deyə bilərəm ki,  cari ildə Azərbaycan iqtisadiyyatı dinamik  inkişaf edib. Bu isə 2018-ci il büdcəsinin gəlirlərini 20 faiz artırmağa zəmin yaradıb. Yaddan çıxarmaq olmaz ki, son illərdə neftin qiymətinin 3-4 dəfə azalması Azərbaycan iqtisadiyyatına öz mənfi təsirini göstərib. Neftin qiyməti kəskin azalanda Azərbaycan müxalifəti   bəyan edirdi ki, ölkə iqtisadiyyatı çökəcək. Lakin  Prezident İlham Əliyevin qətiyyəti sayəsində şaxələnən iqtisadiyyatımız göstərdi ki, Azərbaycan ənənəvi neft ölkəsi olsa da, iqtisadiyyat heç də tamamilə neft amilindən asılı deyil. Dövlətimizin başçısı  tərəfindən qeyri-neft sektorunun inkişafı prioritet vəzifə kimi qarşıya qoyulub və bu  siyasət nəticəsində iqtisadiyyatda resessiyanın qarşısı alınıb. Sənayenin bütün sahələri, kənd təsərrüfatı, turizm sektoru dinamik inkişaf edib. Bunun da bariz nəticəsidir ki, 2017-ci il ölkə iqtisadiyyatı üçün uğurlu olub və ona görə də gələn il ümumi daxili məhsulun 1,5 faiz artım tempi planlaşdırılır. Ölkədə əhalinin sosial müdafiəsi də diqqət mərkəzində saxlanılır. Gələn ilin büdcəsində yaşayış minimumunun 155 manatdan artırılaraq 173 manat nəzərdə tutulması da bunun bariz ifadəsidir. 

Möhtərəm Prezidentimizin 7 aprel 2016-cı il tarixli “Əhalinin özünüməşğulluğunun təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamından sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə regionlarda xeyli işlər görülüb və görülməkdədir. Prezidentin Ehtiyat Fondundan nazirliyə ayrılmış 6 milyon manat vəsait təyinatı üzrə istifadə olunub. Təmsil etdiyim 73 saylı Lənkəran şəhər seçki dairəsinin ərazisində artıq 29 nəfər bu Proqrama cəlb olunub və onlara 145 min manat vəsait ayrılıb.   Yəni 29 ailə əməli işə cəlb edilib. Başqa sözlə, onlar konkret olaraq heyvandarlıq, quşçuluq, məişət xidməti və digər xidmət sahələri ilə məşğul olurlar. 

Hazırkı dövrdə Azərbaycan iqtisadiyyatının inkişafında özünüməşğulluq proqramı prioritet məsələlərdən biridir. Bu, yeni iş yerlərinin açılmasına, kiçik biznesin inkişafına güclü təkan verən amildir. Dünya təcrübəsində inkişaf etmiş ölkələrdə  ümumi daxili məhsulun 55-65 faizə qədəri kiçik və orta biznesin payına düşür. Bizdə də kiçik və orta biznes iqtisadiyyatın lokomotivinə çevrilməlidir ki, iqtisadiyyat sürətlə inkişaf etsin.

Ümumiyyətlə, hesab edirəm ki, 2018-ci ilin dövlət büdcəsinin bütün göstəriciləri dərin təhlilin nəticəsi olub, ölkə iqtisadiyyatına öz töhfəsini verəcək.

Rüfət QULİYEV,
Milli Məclisin deputatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında