Sevinc Fətəliyeva: Bakı konfransı bölgədə sülhün, təhlükəsizliyin təmininə öz töhfəsini verəcək

Bakıda keçirilən “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransında dünyamızı narahat edən mürəkkəb çağırışların, humanitar böhranların həlli ilə bağlı olduqca səmərəli müzakirələr aparıldı. Asiyanın Qəlbi bölgədə siyasi dialoq və sıx regional əməkdaşlıq üçün vacib regional platforma olduğundan Bakıda keçirilən bu mötəbər toplantı sülhün və əmin-amanlığın təmin edilməsi baxımından önəmli rol oynayacaq.

Bu sözləri açıqlamasında Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva bildirib.

Tədbirin bir daha dünya ölkələrinin üzləşdiyi problemlərin müştərək öhdəliklər əsasında həllinin mümkünlüyünü ortaya qoyduğunu deyən Milli Məclisin deputatı bildirib: “Bakı toplantısı bir daha sübut etdi ki, üzləşdiyimiz problemlərin ancaq dünya dövlətlərinin birgə səyləri nəticəsində və səmimi əməkdaşlıq, dostluq münasibətləri çərçivəsində həlli mümkündür. Yəni, “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində keçirilən Bakı toplantısı qarşılıqlı inam, etimad və səmimi əməkdaşlıq olmadan problemlərin həllinin mümkünsüzlüyünü ortaya qoydu. Bu gün dünyadakı bir çox problemlər məhz ikili standartların tətbiq edilməsi nəticəsində həllini tapmır. Bu da nəticədə təkcə problemin həllinin davam etdiyi ölkədə, regionda deyil, bütövlükdə beynəlxalq aləmdə ciddi təhlükə mənbəyinə çevrilir. Buna misal olaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini göstərmək olar. Baxmayaraq ki bu münaqişənin həlli ilə bağlı BMT başda olmaqla bütün beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri var, lakin münaqişənin həllində tətbiq edilən ikili standart, işğala məruz qalanla işğalçı arasında fərqin qoyulmaması beynəlxalq təhlükəsizliyin arxitekturasında ciddi təhdid yaradıb. İstər beynəlxalq terrorizmə qarşı mübarizədə, bəzi ölkələrin işğalçılıq siyasətinə son qoyulmasında, münaqişələrin ölkələrin ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüququn prinsiplərinə söykənərək həll olunmasında, istərsə də regionlararası iqtisadi, ticari, nəqliyyat əlaqələrinin inkişaf etdirilməsində qarşılıqlı etimadın və səmimi əməkdaşlığın müstəsna rolu var. Bu baxımdan “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransı mühüm önəm kəsb edir.

Sevinc Fətəliyeva qeyd edib ki, “Asiyanın Qəlbi – İstanbul Prosesi” sülhün, təhlükəsizliyin və iqtisadi inkişafın əldə edilməsi istiqamətində dialoq və əməkdaşlıq üçün dəyərli mexanizmdir. Azərbaycan hər zaman bu məsələlərə öz töhfəsini verir  və verəcək.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında