Elçin Mirzəbəyli: Azərbaycanın qlobal sülh, təhlükəsizlik və dialoq platforması statusu getdikcə daha da möhkəmlənir

 “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində nazirlər konfransının Bakıda keçirilməsi ölkəmizin qlobal sülh, təhlükəsizlik və dialoq platforması kimi qəbul edildiyini və bu statusun getdikcə möhkəmləndiyini bir daha təsdiqləyir. “Asiyanın Qəlbi – İstanbul Prosesi” beynəlxalq təşkilatlar və qlobal güc mərkəzləri tərəfindən dəstəklənən, regionun aparıcı dövlətlərinin iştirak etdiyi çox önəmli bir prosesdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli bildirib.

Elçin Mirzəbəyli qeyd edib ki, “Asiyanın Qəlbi – İstanbul Prosesi”nin nazirlər toplantısının Bakı Bəyannaməsində ölkələrin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq kimi prinsiplərin xüsusi olaraq vurğulanması bu platformanın təkcə Əfqanıstana sülh və barışıq gətirilməsinə deyil, daha geniş məqsədlərə xidmət etdiyindən xəbər verir.

Asiyanın Qəlbinə daxil olan ölkələrin əhalisinin sayı 3,3 milyard təşkil edir. Bu isə Yer kürəsində yaşayan əhalinin 45 faizini təşkil edir. Platformaya üzv ölkələrin nəhəng təbii ehtiyatları var. Bu ölkələrin iqtisadiyyatı son illərdə sürətlə inkişaf edir. Bu isə öz növbəsində “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində iqtisadi əməkdaşlığın da böyük perspektivlər vəd etdiyini göstərir.

Siyasi şərhçi deyib ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi və bu mövqenin mühüm geosiyasi amilə çevrilməsi istiqamətində yürüdülən uğurlu siyasət ölkəmizin bu əməkdaşlıq platforması çərçivəsində də çox önəmli bir mövqeyə sahiblənməsinə, Azərbaycanın logistik imkanlarından daha səmərəli istifadə olunmasına zəmin yaradır.

“Asiyanın Qəlbi – İstanbul Prosesi”nin əhəmiyyətini artıran amillərdən biri də, şübhəsiz ki, terrorizmə, ekstremizmə, radikal dini cərəyanlara qarşı birgə mübarizənin təşkili, region dövlətlərinin bu prosesdə daha fəal iştirak etmələrinin təmin olunmasıdır. Prosesin Əfqanıstan üzərində həyata keçirilməsi də təsadüfi deyil. Zəngin uran, neft və qaz ehtiyatlarına sahib olan Əfqanıstan uzun illərdir ki, bir dövlət kimi formalaşa, ərazisində mövcud olan təbii resurslardan əhalinin rifahı və ölkənin inkişafı üçün istifadə edə bilmir. Əfqanıstan regionda dini radikalizmin, terrorizmin, narkotik qaçaqmalçılığının mərkəzlərindən biri və bəlkə də birincisidir. Bu ölkədə sabitliyə nail olmadan terrorizm və radikalizmin təzahürlərini aradan qaldırmaq, bölgədə dayanıqlı sülhə nail olmaq mümkün deyil. Azərbaycan həm “Asiyanın Qəlbi – İstanbul Prosesi”nin işində fəal iştirak etməklə, həm də Əfqanıstana ən müxtəlif istiqamətlərdə birbaşa dəstək verməklə regionun təhlükəsizliyinə, radikalizmə və terrorizmə qarşı mübarizəyə öz töhfəsini verir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında