Birgə Bəyannamə Azərbaycanın ərazi bütövlüyünü Avropa siyasətinin prioritetlərindən birinə çevirir

Bu günlərdə Brüsseldə keçirilən Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində çox mühüm sənəd imzalanıb. Birgə Bəyannamə adlanan bu sənəddə Avropa İttifaqı ilə bir sıra tərəfdaş ölkələrin, o cümlədən Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi birmənalı şəkildə dəstəklənir. Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin parlaq liderliyi ilə əldə olunan bu möhtəşəm uğur ölkə ictimaiyyəti, ziyalılar tərəfindən böyük rəğbət hissi ilə qarşılanıb.

Bu günlərdə redaksiyamıza bu məsələ ilə bağlı çox sayda telefon zəngləri olur, qəzetimizin oxucuları, tanınmış alim və ziyalılar öz fikir və rəylərini bildirirlər. Dünən zəng edənlərdən biri də “Beynəlmiləlçi Əlil Döyüşçülər Fondun”un  rəhbəri Sərraf Orucov idi. O, Brüsseldə qazanılan diplomatik uğurdan dərin məmnunluq hissi keçirdiyini vurğulayaraq bunları dedi:

– Məlum olduğu kimi, Ermənistan nümayəndə heyəti Brüsseldə öz mənfur xislətinə xas olaraq bu sənədə öz işğalçı maraqlarına uyğun “əlavələr” etmək niyyətinə düşüb. Lakin niyyətləri ürəklərində qalıb. Belə ki, ermənilər çox canfəşanlıq etsələr də Azərbaycan nümayəndə heyətinin qətiyyəti və prinsipiallığı nəticəsində buna nail ola bilməyiblər.  Azərbaycanın mövqeyi sənəddə öz əksini tapıb. Bəli, haqq-ədalət zəfər çalıb. Tamamilə əminəm ki, Birgə Bəyannamə torpaqları işğal altında olan Azərbaycan dövlətinin və diplomatiyasının böyük uğurudur.

Avropa İttifaqı mötəbər qurumdur, böyük siyasi və iqtisadi imkanları olan nüfuzlu təşkilatdır. Belə bir qurumun ölkəmizin ərazi bütövlüyünü dəstəkləməsi, ali hüququn, ədalətin təntənəsidir. Avropada başa düşürlər ki, separatizm meyilləri xalqlar və millətlər arasında toqquşma və zorakılıqlara aparır. Erməni separatçılarının Xocalıda, Şuşada, bütün Qarabağda törətdikləri vəhşiliklər unudulmamalıdır. Əlbəttə, cinayətkarlar cəzalarına alacaqlar. Mən buna Əfqanıstan və Qarabağda ağır döyüşlərdə şəxsən iştirak etmiş bir şəxs olaraq bütün qəlbimlə inanıram.

Mətbuatda Birgə Bəyannnamənin mahiyyətilə yaxından tanış oldum. Sammit iştirakçıları haqlı olaraq dünyanın bir çox yerində beynəlxalq hüququn prinsiplərinin pozulmasının hələ də davam etməsi ilə bağlı dərin narahatlıqlarını ifadə edirlər. Cənubi Qafqaz regionunda bir sıra münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini yubatmaq olmaz. Yaxşı ki, artıq nüfuzlu beynəlxalq qurumlar bunu başa düşürlər.

Ümid edirəm ki, Bəyannamə Dağlıq Qarabağın işğalçılardan azad olunması istiqamətində mühüm mərhələ ola bilər. Heç kəsə sirr deyil ki, Azərbaycan dövləti bu gün iqtisadi və hərbi cəhətdən çox güclüdür. Düşmən bilməlidir ki, biz hər an torpaqlarımızı işğalçılardan azad etmək iqtidarındayıq. Zaman Azərbaycanın xeyrinə işləyir. Biz ermənilərdən fərqli olaraq, qəsbkar. İşğalçı deyilik. Biz öz doğma, əzəli torpaqlarımızın azad edilməsini tələb edirik. Əks təqdirdə, bunu hərb yolu ilə həyata keçirəcəyik.

Sonda bir daha vurğulamaq istəyirəm ki, Azərbaycanın haqlı mövqeyinin Avropa İttifaqı tərəfindən dəstəklənməsi məni çox sevindirdi.  Fikrimcə, Birgə Bəyannamə kimi böyük əhəmiyyəti olan bu sənəd  ona dəlalət edir ki, Azərbaycanın ərazi bütövlüyünü Avropa siyasətinin prioritetlərindən birinə çevirir.

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV.
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında