Gələn il əhalinin yaşayış şəraiti daha da yaxşılaşacaq

Milli Məclisdə hazırda müvafiq qanunvericiliyə uyğun olaraq, ölkəmizin əsas maliyyə sənədinin-dövlət büdcəsinin ictimai müzakirəsi keçirilir. Əvvəlcə onu qeyd edim ki, cari ilin ötən 9 ayının göstəriciləri deməyə əsas verir ki, 2017-ci ilin dövlət büdcəsinin icrası uğurla tamamlanmaq üzrədir. Belə ki, bu ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin gəlirləri proqnozlaşdırılandan 0,2 faiz, yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 19,2 faiz artıq, xərcləri isə proqnozlaşdırılandan 0,7 faiz yaxud ötən ilə nisbətən 20,3 faiz artıq icra edilib.

Azərbaycanın fiskal uğurları, şübhəsiz ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın postneft dövrünə uyğunlaşdırılması istiqamətində həyata keçirilən siyasətin məntiqi nəticəsidir.

Hökumətin makroiqtisadi proqnozlarının təhlili göstərir ki, 2018-ci ildə ölkə iqtisadiyyatında yaradılan əlavə dəyər 1,5 faiz artacaq. Gözləninlən iqtisadi böyümənin neft sektorunda hasilatın azalmasına baxmayaraq, baş verməsi bir daha onu göstərir ki, aparılan makro islahatlar doğru hədəflərə istiqamətlənib.

Beynəlxalq Valyuta Fondu, Dünya Bankı kimi nüfuzlu beynəlxalq maliyyə institutları 2018-ci il və sonrakı illər üçün respublika iqtisadiyyatının bütün növ makro parametrləri üzrə inkişaf proqnozlaşdırırlar.

İqtisadi uğurların məntiqi nəticəsi gələn ilin dövlət büdcəsinin proqnoz göstəricilərində də öz əksini daha dolğun şəkildə büruzə verməkdədir. Belə ki, 2018-ci il üçün dövlət büdcəsinin gəlirlərinin 20, 3 faiz artıq olacağı və yaxud, 20,1 milyard manat proqnozlaşdırılır. Büdcənin qeyri-neft gəlirləri isə 205 milyon manatdan çox artacaq. Bu sahədə artım bu günədək aparılan investisiya qoyuluşlarının təşviqi, iqtisadi şaxələndirmə, biznes mühitinin daha da inkişaf etdirilməsi kimi istiqamətlərdə həyata keçirilən stimullaşdırıcı addımların nəticəsidir.

Burada diqqəti bir məqama da yönəltmək istərdim. Gələn il qeyri-neft sahəsi üzrə fiziki şəxslərin gəlir vergisində 2,4 faiz, hüquqi şəxslərin mənfəət vergisində 6 faiz, sadələşdirilmiş vergidə 10,5 faiz, ƏDV-də 2, 1 faiz artımın gözlənilməsi ölkəmizdə biznes mühitinin inkişafı və sahibkarlığa dövlət qayğısının artırılmasının nəticəsində gerçəkləşib.  

2018-ci il üçün dövlət büdcəsinin xərclərində 16,5 faiz artım gözlənilir. Halbuki MDB-də ən böyük iqtisadiyyata malik olan Rusiyada gələn il büdcə xərclərinin cəmi 1,8 faiz, Qazaxıstanda isə 1,5 faiz artacağı gözlənilir. Beləliklə, gələn il adambaşına düşən büdcə xərci təxminən 16 faiz artacaq. Bu isə son nəticədə sosial-iqtisadi göstəricilərin daha da yüksəlməsinə səbəb olacaq.

Ümumilikdə növbəti il üçün dövlət büdcəsinin sosial xərcləri 11,7 faiz və yaxud 800 milyon manat artırılır ki, buna səbəb əhalinin sosial təminatının gücləndirilməsi, rifahının yüksəlidlməsi kimi istiqamətlərdə aparılan uzunmüddətli siyasətin daha da dərinləşdirilməsi, miqyasının genişləndirilməsidir. Büdcədə əməkhaqqı ödənişləri üzrə xərclərin 2,5 faiz artması isə gələn il əhalinin gəlirlərinin yüksəlməsinə səbəb olmaqla, yaşayış şəraitini daha da yaxşılaşdıracaq.

Bu, bir həqiqətdir ki, hazırda dövlətin fiskal siyasətinin mühüm prioritetlərindən biri investisiya təşviqi siyasətinin daha da dərinləşdirilməsi və beləliklə, qeyri-neft sektorunun yaradılan əlavə dəyərdə, dövlət gəlirlərində, məşğulluqda və ixracda payının artırılmasıdır. Bu siyasətin 2018-ci ildə də davam etdirilməsi məqsədilə sözügedən dövrdə dövlət vəsaitləri hesabına ölkə iqtisadiyyatına 6,8 milyard manat və yaxud ümumi sərmayələrin 42,8 faizi həcmində investisiya qoyuluşu planlaşdırılır. İnvestisiya xərclərinin artırılması ölkə üzrə tikinti sektoru daxil olmaqla bütün sahələrin inkişafında katalizator rolunu oynayacaq.

Aydın HÜSEYNOV,
Milli Məclisin deputatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında