“Brüssel sammiti Azərbaycan-Aİ sazişi ilə bağlı işlərin intensivləşməsinə kömək edib”

“Avropa İttifaqının "Şərq tərəfdaşlığı" sammiti çox uğurlu keçdi”. Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas Brüssel sammitinin nəticələrini APA-ya şərh edərkən deyib.

Səfir Yankauskas bildirib ki, sammit çərçivəsində gündəlikdə olan məsələlər müzakirə edilib, gələcəyə dair mərhələlər müəyyənləşdirilib: “Sammitdə bütün tərəfdaş ölkələrin liderləri bir yerə toplanaraq indiyə qədər görülən işləri müzakirə etmək imkanı əldə etdilər. Geniş birgə bəyannamə qəbul edildi. Aİ ilə Azərbaycan arasında Trans-Avropa Nəqliyyat Şəbəkəsinə dair sənəd imzalandı. Bu sənəd Avropa nəqliyyat şəbəkəsinə yeni relslər və yol dəhlizlərinin qoşulmasına kömək edəcək. Sammit çərçivəsində başqa sazişlər də imzalandı və düşünürəm ki, tərəflər çox razı qaldı”.

Səfir bildirib ki, sammit Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlığa dair yeni sazişlə bağlı işlərin intensivləşməsinə kömək edib: “Sammit gələcək əməkdaşlıq imkanları yaradır. Azərbaycanla Aİ arasında yeni sazişə dair danışıqlar yeni mərhələyə qədəm qoyacaq”.

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında