Zamanın tələbi və xalqın istəyi ilə yaranan partiya

Müstəqil Azərbaycanın memarı, ulu öndər Heydər Əliyevin 25 il əvvəl təsis etdiyi və sədri olduğu Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizin ictimai-siyasi həyatında böyük rol oynamış, qısa müddət ərzində ziyalıları, tanınmış insanları, ictimai-siyasi xadimləri öz ətrafına toplayaraq nüfuzlu siyasi təşkilata çevrilmişdir. Qürur hissi ilə deyirik ki, nə bu gün, nə də gələcəkdə ölkənin siyasi həyatını və perspektivlərini YAP-sız təsəvvür etmək mümkün deyil. Partiyamızın siyasi çəkisi, nüfuzu, sanbalı, dövlətçiliyə və Heydər Əliyev ideyalarına dərin sədaqəti ciddi və heç zaman dəyişməyən siyasi mövqe kimi formalaşıb.

İyirmi beş ildir ki,Yeni Azərbaycan Partiyası ölkəmizin tarixində ən möhtəşəm siyasi təşkilat missiyasını şərəf və uğurla həyata keçirir. Təşkilatın sıralarında birləşmiş 700 mindən çox üzv  və bir milyondan artıq təəssübkeş ulu öndər  Heydər Əliyevin və möhtərəm Prezidentimiz, YAP sədri İlham Əliyevin ideyaları ətrafında sıx birləşərək Azərbaycanın beynəlxalq aləmdəki reytinqinin daha da yüksəlməsi uğrunda əzmlə mübarizə aparır.

Yeni  Azərbaycan  Partiyası  xalqın  istək  və  arzularının  nəticəsi kimi müstəqilliyini yenicə bərpa etmiş respublikamızın və dövlətimizin taleyinin həll olunduğu çox gərgin,  mürəkkəb və ağır  bir dövrdə  yaranmışdır. Həmin gündən keçən 25  il  ərzində  partiyamız  mətin  və  şərəfli  mübarizə  yolu  keçmiş, müstəqil  Azərbaycan  dövlətinin  qurulması  yolunda  geniş,  çoxşaxəli  fəaliyyət  göstərmiş, cəmiyyətin  avanqard  siyasi  qüvvəsi  olaraq  qarşıda  duran  vəzifələrin  yerinə yetirilməsinə özünün  layiqli  töhfəsini  vermişdir. Müstəqilliyimizin əbədiyyətə çevrilməsində, demokratik, hüquqi, sivil dövlət quruculuğunda, bütün sahələr üzrə aparılan islahatların dərinləşməsində Yeni Azərbaycan Partiyasının xüsusi rolu və məsuliyyəti olmuşdur.        

YAP-ın yaradılmasının 25 illiyinin ən başlıca mənası partiyanın qarşıya qoyduğu amalların reallaşdırılmasının nəticəsi kimi, bu gün gerçəkliyə çevrilmiş müstəqil Azərbaycandır. Partiyamız öz üzərinə götürdüyü amalları, insanların ümidlərini doğruldaraq, Azərbaycan vətəndaşlarının ulu öndərdən və onun yaratdığı siyasi təşkilatdan  gözlədikləri nə varsa, demək olar ki, hamısını həyata keçirə bildi. 90-cı illərin əvvəllərində ictimai-siyasi sabitliyin təmin edilməsi, ölkədə yaranmış xaos və anarxiyanın aradan qaldırılması, ayrı-ayrı şəxslərə xidmət edən qeyri-qanuni silahlı dəstələrin zərərsizləşdirilməsi və ləğv edilməsi, demokratik prinsiplərin yaradılması xalqımızın istək və arzuları idi. Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıdaraq bunları həyata keçirdi. Bundan sonra respublikamızda tədricən həyat öz axarına düşdü. İqtisadi sabitliyin təmin edilməsi, tənəzzülə uğramasının qarşısının alınması və yeni dövrün tələblərinə uyğun şəkildə islahatların həyata keçirilməsi çox önəmli idi. Ömrünün qalan hissəsini Azərbaycanın müstəqil dövlət kimi tərəqqisinə, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə və ölkəmizin beynəlxalq aləmə inteqrasiyasına həsr edən Heydər Əliyev dövrün irəli sürdüyü bu tələbləri ardıcıl şəkildə  həyata keçirdi.

Möhtərəm Prezidentimiz İlham Əliyevin yeni Azərbaycan Partiyasına sədr seçilməsindən sonra partiyamızın sıralarına gənclərin axını daha geniş vüsət aldı. Fəxrlə deyə bilərik ki, dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan dünya birliyində söz sahibinə çevrildi. Bu  gün respublikamız tamamilə  müstəqil  siyasət  yürüdən, öz sözü, mövqeyi, prinsipial  xarici  siyasəti  olan  dövlətdir. Respublikamızın milli inkişaf  strategiyası, vahid  ideologiyası  formalaşıb, xalqın və dövlətin  maraqlarına  xidmət  edən ümumbəşəri  dəyərlər  inkişaf  etdirilib.   Regionların   sosial – iqtisadi  inkişafı  dövlət proqramlarının uğurlu nəticələri  respublikamızın  inkişaf  perspektivləri üçün  hərtərəfli  təminat  yaradıb. Prezident İlham Əliyevin rəhbərliyi altında və onun fəaliyyəti nəticəsində Azərbaycan dünyanın inkişaf etmiş demokratik dövlətlərindən birinə çevrilmiş, ölkəmiz ən dinamik iqtisadiyyat kimi mövqelərə sahib olmuşdur. Bütün bunlarda siyasi təşkilat olaraq, Yeni Azərbaycan Partiyasının fəaliyyəti xüsusi qeyd olunmalıdır.

Möhtərəm Prezidentimiz İlham Əliyev də bu faktı Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimindəki nitqində diqqətə çatdırmışdır: “Bizim əldə edilmiş bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti, rolu var. Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər”.

Lütvəli ŞIXƏLİYEV,
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında