Bakı-Tbilisi-Qars dəmir yolu iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi baxımından çox əhəmiyyətlidir

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP kimi neftin və qazın nəqli layihələri Azərbaycanın beynəlxalq aləmdəki rolunu artırmış və dövlətimizi söz sahibinə çevirmişdir. Ötən günlərdə isə ölkəmiz daha böyük beynəlxalq layihənin icrasına imza atdı: bu, Avropa və Asiyanı, Şərqlə Qərbi birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Bu marşrut üzrə beynəlxalq layihənin həyata keçirilməsi region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiyanın sürətlənməsinə, Avropa Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına, habelə ölkəmizin xarici-iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcəkdir.

Bakı-Tbilisi-Qars layihəsinin reallaşması iqtisadi səmərəlilik, sürət və vaxt, təhlükəsizlik və etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edir. Bu layihənin həyata keçirilməsi Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin uğurudur. Çünki bu layihənin reallaşmasında dövlət başçısının nüfuzu, siyasi iradəsi və dərin zəkası, eyni zamanda, Azərbaycan dəmiryolçularının işə vicdanlı münasibəti, operativliyi mühüm rol oynayır.

 Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tam gücü ilə işə düşməsindən sonra bu marşrutla 17 milyon tondan çox yük və 1 milyon tondan çox sərnişinin daşınması nəzərdə tutulur. Düzdür, sərnişin daşınmasına  2018-ci ildən başlanacaq, amma yüklərin daşınması artıq uğurla davam edir. Gələcəkdə isə Avropa və Asiya ölkələrinə məxsus yüklərin Bakı-Tbilisi-Qars dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə daşımaların həcmini artıracaqdır.

Bu gün yükdaşıma sahəsində ən böyük axın Çinlə Avropa arasındadır. Yüklər əsasən dəniz nəqliyyatı vasitəsilə daşınır və bu da vaxt etibarı ilə 40-45 gün təşkil edir. Çindən Avropaya Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yüklərin daşınması isə 12-15 gün təşkil edəcək və nəticədə dəniz daşımasına nisbətən yüklərin mənzil başına çatdırılması müddəti 3 dəfə qısalacaqdır.

  Çin, Hinsistan və bir çox Asiya ölkələrindən başlayaraq  Avropa ölkələrinə yükdaşımaların həm vaxtı azalacaq, həm də yüklər çox rahatıqla və risksiz mənzil başına çatdırılacaq. Yaxın 5-10 ildə Azərbaycan böyük gəlirlər əldə edəcək və bu da ölkəmizə yeni uğurlar gətirəcək. Təkcə yükdaşımalarıdan Azərbaycan ildə bir milyard dollara yaxın vəsait əldə edəcək.

Son illərdə Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin reallaşması nəticəsində  Azərbaycan ixracatcı ölkəyə çevrilib. Bu aspektdən yanaşanda da aydın olur ki, ölkəmizin ixrac məhsullarının  dünya bazarlarına çıxarılmasında bu dəmir yolu olduqca önəmli rol oynayacaq. Ümumilikdə, sahibkarın, dövlətin mənfəəti qat-qat artacaq ki, bu da xalqımızın sosial rifahının daha da yüksəlməsinə xidmət edəcək.

Çingiz QƏNİZADƏ,
Milli Məclisin deputatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında