BTQ turizmə və mədəni inteqrasiyaya təkan verəcək

Tarixi İpək Yolunun üzərindən keçən Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Bu möhtəşəm layihənin mədəni-humanitar tərəfləri barədə Bakı Turizm və Menecment Universitetinin baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru kulturoloq Vüsalə Məmmədzadə demişdir:

– Ölkəmizin son illər həyata keçirdiyi layihələr arasında Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılmasının xüsusi yeri vardır. Bu nəqliyyat dəhlizi təkcə sözügedən ölkələrdən başqa, Qazaxıstan, Özbəkistan, Türkmənistan mədəniyyətinə və turizm potensialına da bilavasitə təsir göstərəcək. BTQ özlüyündə təkcə yük daşımır, eləcə də bu yol vasitəsilə Azərbaycan əhalisi Gürcüstana, Türkiyəyə və daha sonra Avropa ölkələrinə qatarla səfər edə biləcəklər.

Düşünürəm ki, turizm baxımından bu layihə tez bir zamanda öz əhəmiyyətini sübut edəcək. Əhali rahat və komfortlu qatarla digər ölkələrə səyahət imkanı əldə edəcəkdir. Turistlər üçün yol xərcləri xeyli azalacaq və bu xətt onların ölkəmizə axınına səbəb olacaqdır. Mədəni əlaqələrin yaxınlaşması baxımından da BTQ dəmir yolunun imkanları çoxdur. Bu layihə, ilk növbədə, qardaş türk xalqları arasında əlaqələri intensivləşdirəcək.

Yaxın vaxtlarda Gürcüstanın da, eləcə də Türkiyənin bir çox yerlərinə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə səfər etmək mümkün olacaq. Sözsüz ki, insanların ölkələr arasında gediş-gəliş imkanlarının artması mədəniyyət mübadiləsinə də təkan verəcək. Belə mübadilə müştərək elmi, arxeoloji, turizm layihələrinin artmasına gətirib çıxaracaq.

BTQ iqtisadi və siyasi əhəmiyyətinə görə Afrika ilə Asiyanı birləşdirən Süveyş kanalı ilə müqayisə oluna bilər. Onu da qeyd etmək lazımdır ki, layihənin uğurla nəticələnməsinin əsas səbəbkarı məhz Azərbaycan Prezidenti İlham Əliyev oldu. Azərbaycan BTQ-nin siyasi və mədəni bir körpü rolunu olmasını dəyərləndirdi.

Hazırladı:
Anar TURAN, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında