BTQ Azərbaycanın böyük geosiyasi uğurudur

Müasir dövrdə Cənubi Qafqaz regionunda qlobal miqyaslı geosiyasi və geoiqtisadi layihələr bir-birinin ardınca həyata keçirilməkdədir. Hamıya məlumdur ki, Bakı-Tbilisi-Ceyhan neft, eləcə də Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri həm İsrail, həm də Avropa ölkələri üçün strateji əhəmiyyət daşıyır. Bir neçə gün öncə isə biz daha bir mühüm strateji layihənin açılışını gördük. Bakı-Tbilisi-Qars dəmir yolu, nəhayət işə salındı. Bunu “Xalq qəzeti”nə eksklüziv müsahibəsində İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut deyib. Ekspertin fikrincə. BTQ Azərbaycanı, eləcə də yolun keçdiyi dövlətləri, dünya bazarı ilə birləşdirən çox böyük strateji layihədir. Bu, Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan önəmlidir. Arye Qut sonra deyib:

– Dəmir yolu vasitəsilə Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinə birbaşa çıxış əldə etmiş oldu. Azərbaycanın ilk illərdə tranzitdən minimal illik gəlirinin 50 milyon dollar olacağı proqnozlaşdırılır. 846 kilometrlik tarixi İpək Yolunu canlandıracaq BTQ-nin 504 kilometri Azərbaycan, 263 kilometri Gürcüstan, 79 kilometri isə Türkiyə ərazisindən keçir. Layihənin Türkiyə bölümündə 4 yeni stansiya, 3 körpü tikilib. Türkiyə ilə Gürcüstan hissələrini bir-birinə bağlayan tunelin 2325 metri Türkiyə, 2070 metri isə Gürcüstan ərazisindədir. Azərbaycan qərbə aparan dəmir yolunda yenidənqurma işləri apararaq, xəttin ötürücülük qabiliyyətini artırıb. İlkin mərhələdə 1 milyon sərnişin və 5 milyon ton yük daşımağı hədəfləyən BTQ daha sonra bu rəqəmi müvafiq olaraq 6,5 milyon sərnişin, 20 milyon ton yükə çatdırmağa iddialıdır.

Bu dəmir yolu Çin və Avropa arasında məsafəni azaldacaq, sərnişin və yük daşımalarının artmasına səbəb olacaq, ölkələrə böyük mənfəət gətirəcək və eyni zamanda vaxt və xərcləri azaldacaq.

A.Qutun sözlərinə görə, Azərbaycan Bakı-Tbilisi-Qars layihəsinin təşəbbüskarı kimi, Avropa ölkələrinin iqtisadi, nəqliyyat və enerji təhlükəsizliyini təmin edəcək. Bu dəmir yolunun geoiqtisadi və geosiyasi əhəmiyyəti böyükdür. Ən əsası isə bu, cənab İlham Əliyevin xarici siyasət strategiyasının böyük uğurudur.

Arye Qutun fikrincə, Ermənistan özünü tələyə salıb və bu gün o, Cənubi Qafqazda ən zəif, ən asılı ölkədir: “Son vaxtlar biz, bir tərəfdən, Ermənistanın rəhbərliyinin sosial-iqtisadi uğursuzluğunu, digər tərəfdən onun siyasətinin tam iflasa uğramasını müşahidə edirik. Sarkisyanın riyakarlığının həddi-hüdudu yoxdur. Axı, müdriklər demişkən, siyasətdə həqiqət gücə, riyakarlıq isə zəifliyə dəlalət edir. Sarkisyan özünü guya konstruktiv və tolerant insan kimi göstərməyə çalışır, lakin praktikada məqsədinə çata bilmir”.

Ekspertin fikrincə, Ermənistan prezidentinin bəyanatları ona dəlalət edir ki, o, ölkənin ağır geosiyasi vəziyyəti barədə deyil, öz hakimiyyətini qoruyub saxlamaq, öz klanının mənfəəti, həmçinin dünyanın inkişaf etmiş ölkələrində yaşayaraq Ermənistana iqtisadi baxımdan kömək edən erməni diasporuna necə yarınmaq və onun nazı ilə necə oynamaq barədə düşünür.

A.Qut əlavə edib ki, Sovet İttifaqı dağılan gündən bütünlüklə Rusiyaya və digər lobbi ölkələrinə bağlı olan Ermənistanın nə xarici, nə də müstəqil iqtisadi siyasəti var. Ermənistanı aclıqdan xilas edən varlı erməni diasporu (hər il buraya yönəldilən özəl transferlərin məbləğı təxminən iki milyard dollara çatır) və ABŞ Konqresinin sponsor yardımıdır. Hətta indiki prezident Serj Sarkisyanın erməni xalqını qarət etməsindən və bütövlükdə ölkədə mafioz klanın hökmranlıq etməsindən narazı olan diaspor da artıq Ermənistana köməyini dayandırır. Regionda baş verən prosesləri qlobal müstəvidə nəzərdən keçirsək, aydın olar ki, Ermənistanın siyasəti özünü təcridə gətirib çıxarır.

Bakı-Tbilisi-Qars dəmir yolunun açılması bir daha sübut edir ki Azərbaycan və onun lideri öz xarici siyasət strategiyasını nəinki regionda, həm də dünya müstəvisində düzgün, praqmatik və rasional şəkildə qurub, bu isə Azərbaycanın dünyada  reytinqini daha da gücləndirəcək.

Hazırladı:
Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında