Heidi Hautala: Avropa Parlamentinin üzvləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrdə iştirak etməlidirlər

Avropa Parlamentinin vitse-prezidenti xanım Heidi Hautala qurumun üzvlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrdə iştirak etməli olduqlarını bildirib.

Avronest Parlament Assambleyasının VI sessiyasının plenar iclasında çıxışı zamanı H.Hautala deyib ki, münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur, təkliflərlə çıxış edirlər. Ancaq digər beynəlxalq təşkilatlar da Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfələrini verə bilərlər.

“Baxmayaraq ki, ATƏT-in Minsk qrupu münaqişənin həlli ilə məşğuldur, ancaq düşünürəm ki, Avropa Parlamentinin üzvləri bu münaqişənin həlli ilə bağlı müzakirələrdən qaçmamalıdırlar”, - deyə o, qeyd edib.

Emil HÜSEYNLİ,
AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında