Xəzərin hüquqi statusu barədə müqavilə gələn il imzalana bilər

Xəzərin hüquqi statusu barədə müqavilə gələn il imzalana bilər.

Bunu jurnalistlərə RF Prezidentinin Xəzər dənizi regionu ölkələri ilə humanitar və iqtisadi məsələlərə dair əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov bildirib. O qeyd edib ki, müqavilə Xəzəryanı ölkələrin dövlət başçılarının gələn ilin əvvəlində Astanada keçiriləcək sammitində imzalana bilər.

RF Prezidentinin xüsusi nümayəndəsi xatırladıb ki, Xəzərin statusunun müzakirəsi 20 ildir davam etsə də, bu barədə əsas sənəd hələ imzalanmayıb.

“Əgər Xəzərin hüquqi statusu ilə bağlı çoxdan gözlənilən konvensiya imzalanarsa, bu, regionda həm humanitar, həm də iqtisadi əməkdaşlığı aktivləşdirəcək”, - deyə R.Abdulatipov bildirib. Onun sözlərinə görə, RF-nin bu regionda həyata keçirəcəyi bütün mümkün layihələrin mükəmməl auditinin aparılması vacibdir.

Fəridə ABDULLAYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında