Bakı-Tbilisi-Qars dəmir yolu iştirakçı ölkələrə mühüm strateji üstünlüklər qazandıracaq

 Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə Avropa Anadolu və Cənubi Qafqaz vasitəsilə Mərkəzi Asiya, Uzaq Şərq və Cənubi Asiya ilə birləşir və “Dəmir İpək Yolu” adlanan fasiləsiz dəmir yolu şəbəkəsi ortaya çıxır.

Bu layihə Azərbaycan, Gürcüstan və Türkiyənin iqtisadi inteqrasiyasını daha da dərinləşdirəcək və onlara mühüm iqtisadi və strateji üstünlüklər qazandıracaq. Əvvəllər Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz xətləri ilə bir-birinə bağlanan bu iqtisadiyyatlar, bundan sonra dəmir yolu şəbəkələrini də birləşdirərək regional iqtisadi inteqrasiya istiqamətində ciddi addım atmış olacaq. Layihə bu ölkələrin iqtisadi inteqrasiyasına xidmət etməklə birlikdə, eyni zamanda, ayrı-ayrılıqda hər bir ölkəyə müəyyən iqtisadi mənfəət təmin edəcək.

Layihə Rusiya və İran üçün də yeni imkanlar açır deyə Azərbaycan üzərindən keçən Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə bir-birinə bağlanacaq Rusiya-İran dəmir yolu şəbəkələrinin gələcəkdə Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm elementi olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə inteqrasiyasının da perspektivi böyükdür.

Burada bir məqamı da xatırlatmaq istərdim. Bakı-Tbilisi-Qars dəmir yolu  Azərbaycan və Türkiyəyə qarşı əsassız iddialar irəli sürən Ermənistanın geosiyasi və geoiqtisadi əhəmiyyətini mühüm dərəcədə azaltmaqla yanaşı, eyni zamanda, onun Cənubi Qafqazda daha da zəifləməsinə gətirib çıxaracaqdır.

Elşən BAĞIRZADƏ,
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
“Beynəlxalq iqtisadiyyat” kafedrasının dosenti,
iqtisad üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında