Professor Esfender Korkmaz: Ən mühüm məsələ dəmir yolu xəttinin Türkiyə ilə Azərbaycanı bir-birinə bağlamasıdır

“Türkiyə və Azərbaycanın iqtisadi xüsusiyyətləri bir-birini tamamlayıcı xarakterdədir”. Bu sözləri Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını APA-ya şərh edən Türkiyənin tanınmış iqtisadçısı, keçmiş millət vəkili, “Yeniçağ” qəzetinin iqtisadi məsələlər üzrə şərhçisi, professor Esfender Korkmaz deyib.

E.Korkmaz xatırladıb ki, bu layihə 1980-ci ildən sonra gündəmə gəlmişdi: “Qars-Ərdahan və İğdır İnkişaf Vəqfi olaraq biz daim bu layihəni gündəmdə saxlamışıq. Layihəni həyata keçirmək Türkiyə və Azərbaycanın hörmətli prezidentlərinə qismət oldu. Böyük uğurdur. Bir vaxtlar layihəni xoş niyyətlə dəstəkləməsinə baxmayaraq, Gürcüstanda yol təhlükəsizliyinin lazımi şəkildə olmaması və ölkənin  büdcə imkanlarının məhdudluğu işlərin bir müddət gecikməsinə səbəb oldu. Bu layihə dünya miqyaslı bir iş olduğuna görə, onun önəmi ikiqat artıqdır. Ancaq burada ən mühüm məsələ dəmir yolu xəttinin Türkiyə ilə Azərbaycanı bir-birinə bağlamasıdır. Türkiyə və Azərbaycan bu fürsətdən çox yaxşı istifadə etməlidir. Çünki qloballaşan dünyada əməkdaşlıq edən, imkanlarını birləşdirən ölkələr daha çox uğur qazanırlar. Türkiyə və Azərbaycanın iqtisadi xüsusiyyətləri bir-birini tamamlayıcı xarakterdədir. Ona görə də imkanların birləşdirilməsi hər iki ölkənin lehinədir. Bundan əlavə, dəmir yolu xətti hər iki ölkənin Orta Asiya türk respublikaları ilə iqtisadi əlaqələrinin inkişafında önəmli imkanlar yaradacaq”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında