Ziyad Səmədzadə: Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi daha da sürətlənəcək

Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi Azərbaycanın tarixində ən parlaq hadisələrdən biridir. Bu layihənin reallaşması müstəqil Azərbaycanın əldə etdiyi böyük uğurlardandır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

Ziyad Səmədzadə deyib k, hər bir ölkənin özünün iqtisadi təhlükəsizliyini təmin etməsi üçün alternativ marşrutları olmalıdır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması Azərbaycan iqtisadiyyatının şaxələndirilməsini daha da sürətləndirəcək, ölkəmizin nəqliyyat və iqtisadi əlaqələrinə yeni keyfiyyət dəyişiklikləri gətirəcək, Azərbaycanın regionda strateji tərəfdaş kimi rolunun daha da artmasına xidmət edəcək. Bütövlükdə bu dəmir yolu xətti Azərbaycanın dünyada rəqabətədavamlı ölkə kimi mövqeyini möhkəmləndirəcək.

Komitə sədri vurğulayıb ki, Qərbdən Şərqə və əks istiqamətdə yüklərin daşınması mərkəzində Azərbaycan dayanır. Bəzi mənfur qüvvələr, xaricdəki erməni lobbisi istəmirdi ki, bu yol çəkilsin, onlar bu istiqamətdə maneələr yaratmağa çalışırdılar. Ancaq Azərbaycan Prezidenti İlham Əliyevin müstəqil siyasəti, əzmkarlığı, fədakarlığı bu yolun çəkilməsində mühüm rol oynadı. Qədim İpək Yolunun bərpasında mühüm həlqə olan Bakı-Tbilisi-Qars dəmir yolunun açılması Azərbaycan üçün daimi kapitaldır, daimi gəlir mənbəyidir, siyasi mövqedir, ictimai, iqtisadi, siyasi sabitliyin ən vacib amillərindən biridir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında