Fazil Mustafa: BTQ böyük strateji əhəmiyyətə malikdir

Bakı-Tbilisi- Qars dəmir yolu Azərbaycanın iri infrastruktur layihələrin reallaşdırılması istiqamətində gerçəkliyə çevirdiyi əfsanələrdən biridir. Buna qədər də ölkəmiz bir sıra beynəlxalq əhəmiyyətli layihələrin həyata vəsiqə alması üçün ciddi səylər göstərmiş və qarşıya qoyduğu vəzifələrə nail olmuşdur. Artıq Bakı-Tbilisi- Qars dəmir yolunun açılış mərasimi keçirilmiş, ilk yük qatarı yola salınmış və sərnişindaşıma qatarı da ilk sərnişinlərini qəbul etmişdir. Qlobal tarixi layihənin reallaşdırılması ziyalılar, ekspertlər və politoloqlar tərəfindən yüksək dəyərləndirilir.

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa gerçəkliyə çevrilən əfsanə – Bakı-Tbilisi- Qars dəmir yolunun həyata vəsiqə almasına münasibət bildirərkən dedi:

– Bu, çox ciddi bir layihədir və starteji baxımdan böyük əhəmiyyət kəsb edir. Həm iqtisadi, həm də siyasi sahədə əhəmiyyətli təsirə malik belə bir layihənin gerçəkləşdirilməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş daxili və xarici siyasətin məntiqi nəticəsidir. Türkiyə ilə Azərbaycan arasında sərnişindaşıma və yükdaşıma əlaqələrinin genişləndirilməsi baxımından faydalı olan yeni dəmir yolu xətti, həm də Naxçıvana yönəlik yeni layihələrin gerçəkləşdirilməsi baxımından çox faydalıdır. Çünki hazırda Naxçıvanla quru və dəmir yolu əlaqəsi yoxdur. Ona görə də bu layihənin gələcəkdə Naxçıvana yönləndirməsi qarşıya çıxmış problemin çözülməsi istiqamətində böyük rol oynayacaq.

Son illər Azərbaycan, Türkiyə və Gürcüstanın birgə layihələrdə iştirakının şahidi olmuşuq. Bu da ölkələr arasında dostluq və əməkdaşlığın daha da möhkəmləndirilməsinə öz təsirini göstərib. Hesab edirəm ki, bu layihənin gerçəkləşdirilməsi ermənilər üçün ciddi bir zərbə oldu. İşğalçılıq siyasətindən əl çəkməyən Ermənistan belə qlobal tarixi layihələrdən kənarda qalmaqla iqtisadi cəhətdən, onsuz da ağır olan vəziyyətini daha da ağırlaşdırır. Ermənistanın regionda həyata keçirilən layihələrdən kənarda qalması həm də Azərbaycanın dünyada söz sahibi olmasından xəbər verir. Bu baxımdan dövlət başçısının həyata keçirdiyi siyasəti uğurlu hesab edirəm. Bakı-Tbilisi- Qars dəmir yolu layihəsinin gerçəkləşdirilməsi
qazanılan uğurlara daha birini əlavə etdi.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında