Orelia Buşez: Bakıda şopinq festivalının keçirilməsini möhtəşəm ideya hesab edirəm

Bakı Şopinq Festivalından yararlanaraq hər həftəsonu alış-veriş edirəm. Bakıda belə bir festivalın keçirilməsini möhtəşəm ideya hesab edirəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri festivalın saytına Fransanın ölkəmizdəki səfiri xanım Orelia Buşez deyib.

“Həm azərbaycanlılar, həm də turistlər mağazalardan istədikləri hər şeyi tapa bilərlər. Çünki mağazalarda geyimdən tutmuş digər vacib mallara qədər hər şey var. Festival çərçivəsində ölkəyə səfər edən turistlərin sayının artacağına əminəm. Bu gün Azərbaycana kifayət qədər turist gəlir. Bakı Şopinq Festivalı da indiyədək buraya baş çəkməyənlərə Azərbaycana səfər etmək üçün əlavə stimul verəcək.

Bakının xüsusi cəlbedici qüvvəsi – müxtəlif dövrlərə təsadüf edən gözəl memarlığı, landşaftı – Xəzərin sahili var. Düşünürəm ki, festivalı bu möhtəşəmliklə birgə əcnəbilərə təqdim etməklə, addım-addım həm şopinqin uğurlu keçməsinə, həm də Bakının tanıdılmasına nail olmaq lazımdır”, – deyə səfir bildirib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında