Ana səhifə Siyasət Xarici siyasət 23 Oktyabr 2017 / 15:21 Azərbaycan prezidentinin köməkçisi: "AŞPA müəyyən dairələrin əlində alətə çevrilib"

"Avropa Şurası Parlament Assambleyası Azərbaycana qarşı qərəzli olan bir qurumdur".

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi, şöbə müdiri Novruz Məmmədov bildirib. 
 

”AŞPA ədalətli qurumdursa, ədalət tərəfdarıdırsa, üzv ölkələrdən birinin digər üzv ölkənin torpaqlarını işğal altında saxlamasına niyə münasibət bildirmir? Niyə bununla bağlı heç bir söz demir, qərar qəbul etmir? AŞPA müəyyən dairələrin əlində sanki bir alətə çevrilib. Münaqişəyə baxmayaraq, Azərbaycan inkişaf edir, böyük nüfuzu var, regionda, beynəlxalq aləmdə nüfuzu artır. Azərbaycan kiçik bir dövlət olsa da, Şimal-Cənub, Şərq-Qərb kimi mühüm nəqliyyat dəhlizlərinin, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, TANAP, TAP kimi layihələrin , Bakı-Tbilisi-Qars dəmir yolunun təşəbbüskarı, iştirakçısıdır, bu layihələrdə mühüm rol oynayır. Bütün bunlar 26 ildə Azərbaycan dövlətinin həyata keçirdiyi böyük işlərdir”, - deyə o vurğulayıb.
 

N. Məmmədov qeyd edib ki, dünyanın hətta ən böyük dövlətləri belə miqyasda işlər görməyib: “Bütün bunlar Azərbaycanın dünyada yerini, rolunu göstərir. Bu isə çox təəssüf ki, Qərbdə bəzi dairələrin xoşuna gəlmir. Axtarırlar ki, hansısa yolla bir şey desinlər, bir fikir söyləsinlər. AŞPA-nın bir neçə yüz üzvü var, bəzən 25-30 nəfər yığışır, danışırlar, qərar verilər. Amma onlar ədalətsiz, qərəzlidirlər, belə olmaz. Azərbaycan ərazilərini 25 ildən artıqdır işğal altında saxlayan işğalçı Ermənistan haqqında bir dəfə də bir söz demirlər, amma Azərbaycanla bağlı kiçik bir söhbət olan kimi qərəzli münasibətlərini ortaya qoyurlar".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında