Ermənistanı silahlandıran qüvvələr Azərbaycana qarşı ədalətsiz mövqe tuturlar

Son günlər AŞPA-da Azərbaycana qarşı qərəzli və ədalətsiz qətnamələrin qəbul edilməsi, ölkəmizə qarşı təzyiq dili ilə danışmaq cəhdləri, üstəlik şimal qonşumuz Rusiyanın Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit ayrılması öhdəliyini götürməsi ictimaiyyətdə narazılıq doğurub. “Müasir İnkişaf" İctimai Birliyinin sədri Mübariz Göyüşlü mövzu ilə bağlı münasibət bildirərək deyib:

– Əvvəla AŞPA-nın Azərbaycan haqqında qətnamələri ilə bağlı onu demək istəyirəm ki, bu sənədi bütövlükdə antiazərbaycan dairələrin hazırladığı sənəd kimi qiymətləndirirəm. Bununla da AŞPA ölkəmizə qarşı qeyri-obyektiv, qərəzli münasibətini ortaya qoydu. Sənəd müəlliflərinin müəyyən dairələrin, erməni lobbisinin sifarişini yerinə yetirdiyi şübhə doğurmur. AŞPA rəhbərliyinin də bunun qarşısını almaq əvəzinə qərəzkarlara şərait yaratması Azərbaycanla AŞPA arasındakı gələcək əməkdaşlığı şübhə altına alır.

Mən buna təəssüf edirəm. Düşünürəm ki, Azərbaycanın müstəqil siyasət yürütməsi o qrupların xoşuna gəlmir. Onlar Avropadakı problemlərin müzakirə və həllinə çalışmaqdansa, Azərbaycana qarşı belə bir qərar qəbul etməsi anlaşılmazdır və qəbuledilən deyil. Azərbaycana qarşı belə mövqe göstərənlər nə üçün respublikamızın işğal olunmuş torpaqları ilə bağlı susqunluq nümayiş etdirirlər? Avropaya inteqrasiya siyasəti yürüdən bir ölkənin digər ölkənin torpaqlarını işğal etməsi niyə onları narahat etmir? Əlbəttə, bu kimi əsassız sənədlər qəbul etməklə Azərbaycana təzyiq göstərmək mümkün deyil. Azərbaycan müstəqil, güclü dövlətdir, daxili və xarici siyasət prioritetləri vardır və bundan sonra da öz yolu ilə irəliləməkdə davam edəcəkdir. Subyektiv mülahizələrə əsaslanan bu tipli qərəzli sənədlərin qəbul edilməsi, təzyiq cəhdlərinin artması Azərbaycanı Avropa Şurası ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edir.

Ümumiyyətlə, bu gün Azərbaycana qarşı böyük haqsızlıqlar edilir. Rusiyadan Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar dəyərində kreditin ayrılması də bunu bir daha sübut edir. Həmin vəsaitlə Ermənistan “Smerç” reaktiv sistemnləri, “İqla”-S” zenit raket kompleksləri, “Avtobaza-M” radiotexniki kəşfiyyat kompleksləri, TOC-1A “Solnsepyok” ağır odsaçan sistemləri və digər sursatlar alacaq. Bu isə o deməkdir ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya öz öhdəliklərini pozur, münaqişə tərəflərinin birinə hərtərəfli yardım göstərməklə bitərəflik tələbinə əməl etmədiyini açıq göstərir. Rusiyanın Ermənistanı silahlandırması Azərbaycanla olan dostluq, yaxın qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə ziddir.

Hazırladı:
Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında