Dağlıq Qarabağla bağlı dinləmələr beynəlxalq aləmdə ikili standartların mövcudluğunu bir daha təsdiqlədi

Xəbər verildiyi kimi, bu gün erməni lobbisi və ermənipərəst konqresmen  Kristofer Smitin birgə planı əsasında  ABŞ-ın Helsinki Komissiyası “Dağlıq Qarabağ münaqişəsinin yenidən başlanmasının mümkünlüyü, bu məsələdə ABŞ və ATƏT-in rolu” mövzusunda dinləmələr keçirməyi planlaşdırıb. Bu dinləmələri təşkil edənlərin məqsədi aydındır: İqtisadi burulğanda boğulan Ermənistana yeni yardım imkanları yaratmaq. Nəzərə alsaq ki, ABŞ ATƏT-in Minsk qrupunun üzvüdür və münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürüb, ona görə də belə bir dinləmələrin məhz Amerikada keçirilməsi yolverilməzdir. Çünki belə “qayğıkeşlik”, iştirakçıların erməni lobbisindən və erməipərəst mövqeyini gizlətməyən konqresmendən, onun ətrafındakılardan ibarət olması münaqişənin nizamlanmasına heç bir könmək edə bilməz, əksinə, qarşıdurmanı daha da alovlandıracaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, tarix elmləri doktoru Havva Məmmədova dinləmələrin keçirilməsinə münasibət bildirərkən dedi ki,  Helsinki Komissiyası tez-tez Dağlıq Qarabağ məsələsini müzakirəyə çıxarır, ancaq birtərəfli qaydada. Daha doğrusu, özlərinə sərf edən tərzdə. Məsələnin əsl mahiyyətini bir kənara qoyaraq bütün günahları Azərbaycanda axtarmağa çalışırlar. Bütün bunların başında isə ermənipərəst konqresmen Kristofer Smit dayanıb: “ABŞ-ın Helsinki Komissiyasının sədri konqresmen Kristofer  Smit vaxtilə Demokratlar Partiyasının, sonra Respublikaçılar Partiyasının üzvü olub, indi də  ABŞ-dakı erməni lobbisinin ən fəal nümayəndələrindən biridir. Onun fəaliyyətinin əsasını Azərbaycan əleyhinə təbliğat aparmaq, utanıb-çəkinmədən işğalçı Ermənistanı dəstəkləmək təşkil edir. Bu adam sanki unudur ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, bir milyondan artıq azərbaycanlını doğma yurdlarından didərgin salaraq, qaçqın və məcburi köçkün vəziyyətində yaşamağa məhkum edib. Erməni terror təşkilatlarının törətdikləri terror aktları nəticəsində minlərlə dinc əhali, qoca, uşaq qətlə yetirilib və ya ömürlük şikəst olub. Ermənilərin faşistlərdən də qəddar, amansız olmalarını, konqresmen Kristofer Smit və onun tərəfdarları olan  Minsk qrupunun keçmiş həmsədrləri Keri Kavano, Ceyms Uorlik, Beynəlxalq Böhran Qrupunun proqram direktoru Maqdalena Qrono tərəfindən görməzliyə vurulması siyasi korluqdur. Dinləmələrdə çıxışa hazırlaşan adlarını çəkdiyim riyakarlara “diplomat” deməyə adamın dili də gəlmir. Çünki ağa qara demək diplomatın  yox, ləyaqətini, şəxsiyyətini, mənliyini çirkli pullara qurban verənlərin işidir. Bu gün dünyada işğalçı dövlət kimi tanınan, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik edən təcavüzkar Ermənistanı müdafiə etmək, “zavallı ermənilərə” qayğı göstərmək dinləmələrdə çıxışa hazırlaşan  diplomat adına ləkə gətirən  siyasi riyakarlara xas olan xüsusiyyətdir”.

H.Məmmədova dedi ki, Kristofer Smit Azərbaycana qarşı daim qərəzli mövqeyi ilə seçilib. Xatırlatdı ki, bütün fəaliyyəti boyu “zavallı ermənilər”in qayğısına qalan ermənipərəst konqresmen Dağlıq Qarabağ münaqişəsi yeni başlayan zaman ABŞ-ın Azərbaycana dövlət yardımının qarşısını alan “Azadlığa Dəstək  Aktı”na 907–ci düzəlişin qəbul edilməsində də məhz onun böyük rolu olub. “Görünür indi erməni lobbisindən yeni sifariş alıb. Məndə olan məlumata görə bu yaxınlarda Smit ABŞ Erməni Milli Komitəsinin rəhbəri Aram Hampariyanla  görüşüb. Bu görüşdən sonra dinləmələr keçirməyi qərara alıb”.

Helsinki Komissiyasının sədri Kristofer Smitin olduğunu xatırladan H.Məmmədova dinləmələrin hansı şəraitdə keçiriləcəyinin və nəticənin artıq indidən bəlli olduğunu diqqətə çatdırdı. Dedi ki, bu dinləmələri təşkil etməkdə əsas məqsəd Ermənistanın müdafiəyə ehtiyacı olan tərəf kimi təqdim edib işğalçı ölkəyə, onun başında dayanan quldur, qatil rejimə maliyyə və hərbi xarakterli yardımın artırılmasıdır: “Zaman-zaman şahidi olmuşuq ki, xarici  ölkələrdəki erməni diaspor təşkilatları mütəmadi olaraq müxtəlif vasitələrlə Ermənistan üçün yardım almağa və yaxud da işğal olunmuş zonaya hüquqi status verməyə cəhd edirlər. Dövlətimizin başçısı da dəfələrlə bəyan edib ki, Ermənistan ianələr və yardımlar hesabına yaşayan ölkədir. Bu ölkənin rəhbərlərinin gözü daim qonşu dövlətlərin ərazilərində olub. Bu yollarla özlərinə dövlət yaradıblar.

İndi də gözlərini Dağlıq Qarabağa dikiblər. Kristofor Smit kimi ermənipərəst konqresmenlər vasitəsilə çirkin niyyətlərini həyata keçirmək istəyirlər. Ancaq son illər baş verən hadisələr, Azərbaycanın dünya birliyində söz sahibinə çevrilməsi, reytinqinin getdikcə yüksəlməsi və mövqeyini möhkəmləndirməsi, onların bütün cəhdlərini iflasa uğradıb və bundan sonra da uğradacaq. Dövlət başçımız İlham Əliyevin düşünülmüş daxili və xarici siyasəti sayəsində Azərbaycan gec – tez işğal olunmuş torpaqlarına yenidən sahib çıxacaq”.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında