Nazirlər Kabinetində aparılan islahatlar idarəetmədə səmərəliliyin təşkilinə hesablanan islahatların tərkib hissəsidir

Nazirlər Kabinetinin strukturunun yenidən təşkili, eyni zamanda, onun fəaliyyətini müəyyənləşdirən institusional dəyişikliklərin aparılması və müasir postneft dövrünün çağırışlarına uyğun olaraq yeni idarəetmə mexanizmlərinin və qaydaların müəyyənləşdirilməsi Azərbaycanda həyata keçirilən və birbaşa qeyri-neft sektorunun inkişafına, eləcə də investisiya mühitinin yaxşılaşdırılmasına, idarəetmə aparatının çevikliyinin artırılmasına, idarəetmədə səmərəliliyin təşkilinə hesablanan islahatların tərkib hissəsidir.

Bu fikirləri açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı alim Vüqar Bayramov bildirib.

Vüqar Bayramov deyib: “Məlumdur ki, Nazirlər Kabinetinin iqtisadi islahatlarda rolunun və töhfəsinin gücləndirilməsi postneft dövrünün əsas çağırışları sırasındadır. O cümlədən 2016-cı ilin sentyabrında keçirilən referendumun nəticələrinə uyğun olaraq, idarəetmə aparatında çevikliyin formalaşması və yeni idarəetmə modelinin tətbiqi, eyni zamanda, Nazirlər Kabinetinin fəaliyyətinin səmərəliliyinin gücləndirilməsi əsas hədəflərdən biri idi. Nəticə etibarilə, biz referendumdan sonrakı dövrdə idarəetmə aparatının səmərəliliyinin artırılması istiqamətində addımların atılmasını və Azərbaycanda qeyri-neft sektorunun inkişafına hədəflənən islahatların struktur islahatları ilə müşayiət olunmasını görürük”.

Mərkəzin sədri qeyd edib ki, bu baxımdan Nazirlər Kabinetinin yeni strukturu və qurumda aparılan islahatlar, nəticə etibarilə, iqtisadi islahatların dəstəklənməsi və eyni zamanda, iqtisadi islahatların təsirlərinin gücləndirilməsi və idarəetmə aparatında səmərəliliyin yüksəlməsinə birbaşa təsir göstərir. Bu, bir daha təsdiq edir ki, Azərbaycanda iqtisadi islahatlar həm struktur, həm institusional olaraq davam etdirilir. Məqsəd ondan ibarətdir ki, mövcud postneft dövrünün prioritetlərinə uyğun olaraq, iqtisadiyyatın şaxələndirilməsini hədəfləmiş islahatlar həm də struktur islahatları ilə dəstəklənsin. Nəticədə bu, idarəetmədə bir çeviklik formalaşdırır, proseslərə idarəetmə orqanlarının daha çevik, daha qısa zamanda səmərəli reaksiya verməsini təmin edir.

Vüqar Bayramov bildirib ki, Nazirlər Kabinetinin yeni strukturu həm də idarəetmə aparatında struktur islahatlarının genişləndirilməsi baxımından bir baza formalaşdırır. Məqsəd ölkədə daha çevik və səmərəli idarəetmə sisteminə nail olmaqdan ibarətdir. Xüsusən son illər həyata keçirilən islahatlar ondan xəbər verir ki, məhz bu istiqamətdə addımlar iqtisadi idarəetmədə üst qurumlardan biri olan Nazirlər Kabinetinin strukturunun təkmilləşdirilməsi, həm də digər dövlət qurumlarının daha çevik idarəetmə sisteminə malik olması baxımından əhəmiyyətlidir. Nazirlər Kabinetinin strukturunun dəyişdirilməsi və bu istiqamətdə aparılan islahatlar iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın aradan qaldırılması, qərarların çevikliyinin və səmərəliliyinin yüksəldilməsi və postneft dövründə daha müasir standartlara uyğun idarəetmənin formalaşdırılması üçün vacibdir. Bunu, eyni zamanda, son referendumun nəticələrinin iqtisadiyyata, eləcə də idarəetmə sisteminə müsbət təsirləri kimi də qiymətləndirmək lazımdır. Nəticədə bu, yalnız iqtisadi inkişaf deyil, həm də bütövlükdə cəmiyyətin inkişafı və ölkənin daha müasir və çevik idarəetmə sisteminə transformasiyası baxımından olduqca vacibdir.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında