Helsinki Komissiyasının dinləmələri Ermənistana dəstəyin növbəti formasıdır

Bu gün ABŞ-ın Helsinki Komissiyasının ermənipərəst rəhbəri Kristofer Smitin təşəbbüsü ilə “Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyü və bu məsələdə ABŞ və ATƏT-in rolu” mövzusunda dinləmələr keçiriləcəyi bildirilir. Məsələ ilə bağlı ictimaiyyət nümayəndələri müxtəlif fikirlər səsləndirirlər. Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud bu mövzu ilə bağlı fikirlərini bildirib:

–  Əvvəla, onu qeyd edim ki, hazırda bir sıra beynəlxalq qurumlar və böyük dövlətlər tərəfindən Azərbaycana qarşı qara-piar kampaniyası aparılır. Əlbəttə, bu qurumlar etiraf etmək istəməsələr də, aydın görünür ki, onların fəaliyyətinə bilavasitə erməni lobbisinin təsiri var və bu danılmazdır. Helsinki Komissiyasının ermənipərəst rəhbəri Kristofer Smitin təşəbbüsü də ölkəmizə qarşı bu sıradan olan hücumlar kateqoriyasına aiddir. Qəribədir ki, Helsinki Komissiyasının bütün prinsiplərini son 25 ildə tapdalamış Ermənistanın əleyhinə  hansısa bir tənqidi fikir səsləndirməyən və qəsbkar ölkəni etdiyi bəd əməllərdən çəkindirən heç bir praktiki addım atmayan  komissiya üzvləri  Azərbaycana qarşı bu cür  əsassız iddialar irəli sürməkdən usanmırlar. Bu dinləmələrin məqsədi yalnız Ermənistanın əməllərini leqallaşdırmağa yönəlib və antiazərbaycan xarakteri daşıyır.  Yeni dinləmələr Ermənistana dəstəyin növbəti formasıdır.

Kristofer Smit hələ 1992-ci il oktyabr ayının 24-də ABŞ-ın Azərbaycana dövlət yardımının qarşısını alan Azadlığı Müdafiə Aktına 907-ci düzəlişin hazırlanmasında və qəbul edilməsində də böyük canfəşanlıq göstərmiş şəxsdir.  O cümlədən bir sıra ölkələrdə qondarma erməni soyqırımının tanınmasında da bu şəxsin xüsusi “əməyi” vardır. Bu şəxsin, demək olar ki, bütün fəaliyyəti Azərbaycan və Türkiyənin əleyhinə olan kampaniyalara qoşulmaqdan ibarətdir.  

Təəssüflər olsun ki, Azərbaycanın bir sıra məsələlərdə strateji müttəfiqi olan ABŞ-ın Helsinki Komissiyasına belə bir ermənipərəst şəxs rəhbərlik edir. Bu dinləmələrin əsas məqsədi, şübhəsiz ki, Ermənistana və onun yaratdığı separatçı rejimə daha böyük həcmdə maliyyə dəstəyinə nail olmaq, onların separatçı faəliyyətinə göz yummaq və münaqişədə işğalçı ölkənin qeyri-konstruktiv siyasətinə “don” geyindirməkdir. Bütövlükdə, bu, həm də onu göstərir ki, ABŞ-ın Helsinki Komissiyasının fəaliyyəti yalnız kağız üzərindədir. Əsas odur ki, bu komissiya, ilk növbədə münaqişənin həlli ilə bağlı qarşısına qoyduğu prinsipləri kobud şəkildə pozur. Bu isə Azərbaycan dövlətinin və ictimaiyyətinin haqlı narazılığına səbəb olub.

Hazırladı:
Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında