Rusiyanın Ermənistana yardımı münaqişənin həllinə deyil, daha da gərginləşməsinə xidmət edir

Rusiya ATƏT-in Minsk qrupunun həmsədri, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir.  Şuranın  nizamnaməsində qeyd edilir ki, üzvlər  dünyada təhlükəsizliyin təminatına xüsusi həssaslıqla yanaşmalı, ədalət prinsipini qorumalı, müharibəyə yox, sülhə çağırış etməlidirlər. Lakin  Rusiyanın Ermənistana silah  almaq üçün  ilkin mərhələdə 100 milyon dollar ayırması bir daha işğalçı ölkəyə  açıq şəkildə dəstək verildiyini  göstərir. 

Həmsədr ölkə kimi Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində daha ədalətli olmalıdır. Rəsmi Moskva   regionda təhlükəsizliyə xələl gətirə biləcək addımlardan çəkinməlidir. Rusiyanın bu addımı   həm həmsədrlik mandatına, həm də beynəlxalq normalara ziddir.  İşgalçı və təcavüzkar ölkəyə Rusiyanın bu yardımı münaqişənin həllinə deyil,  daha da gərginləşməsinə yönəlib.

2005-ci ildə Rusiya  Gürcüstandan hərbi bazalarını çıxardı. Amma  kütləvi informasiya  vasitələri  və Xarici İşlər Nazirliyinin xəttilə dəqiqləşdirilən materialların təhlili göstərdi ki, bu silahların hamısı Ermənistana  göndərildi.  Hər kəsə məlumdur ki, Ermənistan  Azərbaycanla müqayisədə iqtisadi baxımdan zəif ölkədir. Onun 100-200 milyon dollarlıq silah almaq imkanı yoxdur.  Bu silahlar, bir qayda olaraq,  Rusiya tərəfindən  hansısa maraqlar  xatirinə  verilir. Bu da onu göstərir ki,  Ermənistan müstəqilliyini ildən – ilə itirən  bir dövlətdir.  Nəzərə alsaq ki, 2015-ci  ildə imzalanmış  müqaviləyə  əsasən  Ermənistan  Rusiyadan aldığı silahın  haqqının cəmi 18 faizini  ödəyir. Qalan hissəsi isə əvəzi ödənilmədən verilib. Bu silahlar içində “T 72” tankları,  tank vuran raketlər, zirehli maşınlar vardır.  Bunlar da kifayət qədər  böyük məbləğə malikdir. Ermənistanın bunu ödəməyə gücü çatmaz.

  Münaqişənin həllinə  nail olunmadığı bir zamanda Minsk  qrupunun həmsədri  kimi Rusiyanın  Ermənistanı silahla təmin etməsi, müxtəlif sayda silahların  bağışlanması  təəccübləndiricidir. Azərbaycan  hökuməti  Dağlıq Qarabağda baş verən hadisələri dəfələrlə Avropa Şurasına, NATO-nun, BMT-nin  müvafiq strukturlarına təqdim edir. Lakin heç bir səmərəli tədbir görülmür. Bu da ikili  standartların təzahüründən  başqa heç  bir şey deyil.

ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya Ermənistana silah satmamalıdır. Münaqişə zonalarında olan ölkələrə silah verilməsi BMT-nin  qanunlarına ziddir. 

Son dövrdə   Cənubi Qafqazda təhlükəsizliyin  qorunması  məsələsi geniş müzakirə mövzusudur.  Ermənistan silahlandırılsa,  Azərbaycan da müvafiq səviyyədə silahlanmalıdır.  Düşünürəm ki, Minsk qrupunun həmsədri kimi,  Rusiya hakimiyyəti bu cür addımlardan çəkinməli  və bölgədə sülhün əldə edilməsində səylərini artırmalıdır. Rusiyanın Azərbaycanın torpaqlarını işğal etmiş ölkəyə hərbi yardım göndərməsi beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqla,  birtərəfli mövqeyi nümayiş etdirdiyini göstərir. Bu, rəsmi Moskvanın  Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçiliyini və obyektivliyini şübhə altında qoyur.

Qurban MƏMMƏDOV, 
BDU-nun beynəlxalq münasibətlər kafedrasının əməkdaşı,
siyasi elmlər üzrə fəlsəfə  doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında