Dağlıq Qarabağa qanunsuz səfər edənlərə qanuni dərs vermək lazımdır

Sentyabrın 22-də bir qrup Türkiyə vətəndaşının Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfər etməsi təkcə qanunsuz addım deyil, həm də iki qardaş ölkəni birləşdirən mənəvi dəyərlərə ciddi zərbədir. Buna görə də həmin hərəkət Azərbaycanla yanaşı, Türkiyə tərəfindən də kəskin şəkildə pislənməlidir.

Digər tərəfdən, qardaş ölkənin bir qrup nümayəndəsinin – Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlunun atdığı bu addım Azərbaycan qanunvericiliyinə hörmətsizlik kimi qiymətləndirilməlidir. Onların Dağlıq Qarabağa rəhbərlik edən separatçılarla görüşərək Azərbaycanın ünvanına nalayiq fikirlər səsləndirməsi, ümumiyyətlə, başadüşülən deyil. Bilmirəm, onlar anlamırlarmı ki, bu səfər torpaqlarımızı işğal etmiş ermənilərin təxribatçı siyasətinə dəstək deməkdir. İnanmaq istəyirəm ki, bu məsələyə Türkiyənin hakimiyyət orqanları da lazımi münasibət bildirəcək və həmin şəxslər barəsində lazımi ölçülər götürüləcək.

Təəssüf doğuran haldır ki, indiyədək Türkiyə vətəndaşlarının Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə bağlı bu ölkədə hələ heç bir tədbir görülməyib. Bu, hər şeydən əvvəl, Türkiyə – Azərbaycan dostluğuna, strateji müttəfiqlik münasibətlərinə uyğun deyil. Axı onların atdıqları bu addım təkcə Azərbaycanın deyil, həm də Türkiyənin əleyhinə işləyə bilər. Bu “ziyalı yoldaşlar” bunu düşünməyiblərmi? Onlar ən azı Azərbaycanın icazəsini almalı, Azərbaycan qanunlarına hörmət qoymalı idilər. Ancaq bu, baş verməyib və Türkiyə vətəndaşlarının  belə davranışı Azərbaycan ictimaiyyətinin ciddi etirazına səbəb olub. Azərbaycan insanları türkiyəli qardaşlarından belə bir addımı heç zaman gözləyə bilməzdilər. Eyni zamanda, Azərbaycan insanları Türkiyə ilə bağlı bu cür prinsipial məsələdə heç zaman belə hərəkət etməzdilər. Qardaş Türkiyədə də yaxşı bilirlər ki, Dağlıq Qarabağa qanunsuz, Azərbaycanın icazəsi olmadan səfər edənlər Xarici İşlər Nazirliyinin qara siyahısına salınır və onlarla bağlı müvafiq məhdudlaşdırıcı tədbirlər görülür. Doğrudur, hazırda bununla əlaqədar Azərbaycanın Baş Prokurorluğu Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi açıb. Həmin şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və onlar dövlətlərarası axtarışa verilib. Bu barədə Türkiyənin hüquq-mühafizə orqanlarına da müraciət olunub. Ancaq bununla yanaşı, hesab edirəm ki, Türkiyə dövləti də bu şəxslərlə bağlı elə bir tədbir görməlidir ki, Ermənistan vasitəsilə Dağlıq Qarabağa getmək arzusunda olanlara qanuni dərs olsun.

Qasım MƏMMƏDOV,
ADNSU-nun prorektoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında