Elçin Mirzəbəyli: Rusiyanın Ermənistana silahlanma üçün kredit ayırması rəsmi Moskvanın beynəlxalq öhdəliklərinə ziddir

Rusiyanın Ermənistana silahlanma üçün 100 milyon ABŞ dolları məbləğində uzunmüddətli kredit ayırması rəsmi Moskvanın beynəlxalq öhdəlikləri ilə ziddiyyət təşkil edir. ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın Ermənistanı faktiki əvəzsiz olaraq silah-sursat, hərbi texnika ilə təmin etməsi bu ölkənin vasitəçilik missiyasına uyğun gəlmir. Bu addım işğalçı ölkənin mövqelərinin gücləndirilməsinə xidmət edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Elçin Mirzəbəyli bildirib ki, Rusiya təkcə ATƏT-in Minsk qrupunun həmsədri kimi deyil, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi dünyada və regionda təhlükəsizliyin qorunmasına görə məsuliyyət daşıyır. Ermənistanın silahlandırılması isə regiondakı təhlükəsizlik mexanizmlərinə ciddi zərbə vurur, gərginliyin daha da artmasına zəmin yaradır. Ermənistanın silahlandırılması, eyni zamanda, Avropada adi silahlar haqqında Müqavilənin də kobud şəkildə pozulması deməkdir. Doğrudur, Rusiya bu Müqavilədə iştirakını dayandırıb, lakin ikinci dövlətlərə münasibətdə öz öhdəliklərindən imtina etməyib.

“Ermənistana uzunmüddətli kreditin şərtləri onu deməyə əsas verir ki, bu silahlar əslində əvəzsiz olaraq verilib, “uzunmüddətli kredit” isə prosesin pərdələnməsinə xidmət edir. Çünki Ermənistanın xarici borcu 7 milyard dollara yaxınlaşıb. Bu ilin 9 ayı ərzində işğalçı ölkənin borcu 1 milyard dollardan çox artıb. Ermənistanın mövcud durumu sübuta yetirir ki, rəsmi İrəvanın ona ayrılan krediti geri qaytarmaq imkanı yoxdur. Rusiyada da bunu yaxşı bilirlər. Bu prosesin Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ərəfəsində həyata keçirilməsi təəssüf doğurur. Çünki bu, ilk növbədə, Rusiyanın vasitəçilik missiyasını şübhə altına alır”, - deyə Elçin Mirzəbəyli qeyd edib.

AZƏRTAC

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında