AŞPA-nın qərəzli qətnamələri hiddət doğurur

Avropa Şurası Parlament Assambleyası da artıq özünü müəyyən dairələrin əlində alətə çevirən qurum kimi təqdim edir. Qurumun qərəz və ikili yanaşma mövqeyindən çıxış etməsini bugünlərdə keçirilən payız sessiyasında  "Azərbaycanda demokratik təsisatların vəziyyəti" və “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” böhtanla dolu yeni qətnamlər qəbul etmişdir. Milli Məclisin deputatı, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov məsələyə öz   münasibətini bildirərkən dedi: 

– AŞPA-nın qərəzli qətnamələri ictimaiyyət nümayəndələrində haqlı olaraq ciddi narazılığa səbəb olub. Axı, Azərbaycanın Avropa Şurası qarşısında öhdəliyi olduğu kimi, Avropa Şurasının da Azərbaycan qarşısında müəyyən öhdəlikləri var. Neçə illərdən bəri Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və Dağlıq Qarabağ problemi ilə bağlı qurumun özünün qəbul etdiyi qətnamələrin real həllini tapması istiqamətində kəsərli addım atmadığı ikili münasibətlərdən xəbər verir. AŞPA-nın baş katibi Tyorborn Yaqlandın ayrı – seçkiliyi, ölkəmizə qarşı xüsusilə qərəzli olması, aqressiv münasibəti demokratik prinsiplərlə daban-dabana ziddir. Daim insan haqlarından danışan Tyorborn Yaqland  Ermənistanın işğalçılıq siyasəti nəticəsində bir milyondan artıq soydaşımızın doğma torpaqlarından didərgin salınmasına, yaşadıqları ağrı-acıya heç nə baş verməmiş kimi münasibət bildirmir. Yaqlandın baş katib olduğu dövrdə  ölkəmizə qarşı artan təzyiqlər onun Azərbaycana olan  mənfi münasibətindən irəli gəlir.

Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında Azərbaycan haqqında birdən-birə iki qərəzli qətnamə qəbul etməsi bir daha təsdiqlədi ki, bu qurum müstəqil siyasət yeridən ölkələrə təzyiq göstərmək üçün artıq bir alətə çevrilib.  Təşkilatın rəhbərlərindən biri olan Tyorborn Yaqlandın fəaliyyətini bir qədər araşdırdıqdan sonra şahidi oluruq ki, o, bu gün açıq şəkildə ermənipərəst mövqedən çıxış edir, işğalçı tərəfin yanında yer alır, Azərbaycana qarşı əsassız fikirlər səsləndirir. Özünü insan hüquq və azadlıqlarının müdafiəçisi kimi təqdim edən  qurumun rəhbəri 2015-ci ildə  qondarma erməni soyqırımı ilə bağlı Ermənistanın paytaxtında keçirilən beynəlxalq forumda şəxsən iştirak edib. Eyni zamanda, həmin forumda onun səsləndirdiyi fikirlər, bugünkü antiazərbaycan mövqeyinə tam işıq salır. Həmin forumda deyib ki, türklər ermənilərə qarşı dəhşətli cinayət törədiblər. Görürsünüzmü, 100 il bundan əvvəl olmayan bir hadisə ilə əlaqədar necə qərəzli danışıb. Deyib ki, Avropa Şurası Ermənistanın insan haqlarına riayət etməsindən, qanunların aliliyinə, beynəlxalq hüquqa hörmətlə yanaşmasından, xüsusilə də iqrçiliyə və ksenofobiyaya qarşı mübarizə aparmasından çox məmnun və razıdır. Bütün bunlardan sonra Avropa Şurasının baş katibindən hansı ədaləti, demokratik hərəkətləri və ya obyektiv  fiirləri gözləmək olar? Onun Azərbaycana olan məlum münasibəti artıq hər kəsə bəllidir. Ona görə də hesab edirəm ki, belə bir düşüncə sahibinin AŞPA-nın baş katibi olması Avropa Şurasına ləkədir. Yaqland və onun həmfikirləri bu qurumu bütün dünyanın gözündən salırlar.

AŞPA-nın baş katibi çox yaxşı bilir ki, Azərbaycan Avropa Şurasına üzv olduğu 16 il ərzində çox dəyərli demokratik islahatlar həyata keçirib və bu gün də həmin islahatlar davam edir. Lakin təəssüf ki, bunların heç biri nəzərə alınmır və Azərbaycana təzyiq göstərmək cəhdindən əl çəkilmir. Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri daim tam şəkildə yerinə yetirməyə çalışır və buna da nail olur. Amma Avropa Şurasının da Azərbaycan qarşısında böyük bir öhdəliyi var – Azərbaycan ərazilərinin işğalının müəllifi olan digər üzv dövləti bu təcavüzə son qoymağa vadar etmək. Ancaq bu qurum ölkəmizə qarşı əsassız qətnamələr qəbul etməklə özünü gülünc vəziyyətə saldı. Bu qurumun Azərbaycan və onun rəhbərliyi haqqında yalanları, böhtanlarla dolu sayıqlamaları, heç bir fakta əsaslanmayan qərəzli qətnamələri ikrah doğurur.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq  qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında