Sezar Floridin Preda: Hesabat hazırlayarkən bizə təzyiqlər olur

AŞPA-nın həmməruzəçisi təmsil etdiyi qurumun paxırını açdı

Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında bir gündə Azərbaycan haqqında iki qətnamənin qəbul edilməsinin qərəzdən irəli gəldiyini artıq ekspertlər də etiraf edirlər.

 Bildirilir ki, 47 ölkəni birləşdirən AŞPA-da eyni vaxtda bir dövlət haqqında iki hesabatı müzakirəyə çıxarmaq prosedur qaydalarının kobud şəkildə pozulmasıdır. Bundan əlavə, bu qurumda hesabat hazırlayanlara təzyiq göstərilməsi, müəyyən dairələrin fikirlərinin həmin hesabatlarda öz əksini tapması ilə əlaqədar fikirlər səsləndirilib.

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Sezar Floridin Preda müsahibələrinin birində bu faktı təsdiqləyib.  O, məruzəçilərin Azərbaycanla bağlı istənilən məsələnin müzakirəsi və hesabatların  hazırlanması zamanı  təzyiqlərlə üzləşdiklərini  etiraf edib: “Fikrimcə, məruzəçilərə ciddi təzyiqlər olur. Həmişə gah korrupsiyadan, gah qara kürüdən, gah da çirkli pullardan danışılaraq təzyiqlər edilir. Bütün bunlar vasitəsilə mənə və digər həmməruzəçi Stefan Şennaxa təzyiqlər göstərilirdi. Ona görə də  təzyiq və reallıq arasında balans, tarazlıq yaratmağa məcburuq. Şəxsən mənə qalsa, hazırladığım məruzədə hər şeyi olduğu kimi, real mənzərini göstərməyə çalışıram, nəinki bu təzyiqlər nəticəsində deformasiyaya uğramış mənzərəni”.

Həmməruzəçi deyib:  “AŞPA-da elə nümayəndələr  var ki, onlar həmişə tənqidi ruhda danışırlar. Bir şey yazanda sən onların yazdıqlarına toxunmamalısan və heç bir dəyişiklik də edə bilməzsən. Ancaq, bununla yanaşı, elə siyasətçilər də var ki, onlar həqiqəti əks etdirən obyektiv müzakirələrin tərəfdarlarıdır”.

Təqdim etdi:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında