Sevinc Fətəliyeva: Ermənistanın cinayətkar rəhbərliyi Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanılmasında maraqlıdır

Müharibələrdə günahsız insanların, uşaqların qəsdən hədəfə alınması insanlığa sığmır. 

bu fikri AŞPA-da sərbəst debatlar zamanı Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyərək, həmkarlarının diqqətini bütün Azərbaycan xalqını narahat edən məsələyə çəkib.

O, hər gün Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin atəşə tutulması barədə hesabatlar alındığını, erməni tərəfinin təcavüzkar siyasətini, atəşkəs rejimini pozaraq münaqişənin həllində maraqlı olmadığını və bunu açıq şəkildə nümayiş etdirdiyini vurğulayıb, bu gün də günahsız insanların cəbhə xəttində qətlə yetirildiyini bildirib.

Qeyd edib ki, torpaqlarımızın işğalı ilə yanaşı, soydaşlarımıza qarşı etnik təmizləmə aparılıb.

S.Fətəliyeva erməni tərəfinin danışıqlar prosesinə mane olmaq üçün hərbi təxribatlar törətdiyini, mülki şəxslərin bu təxribatların qurbanı olduğunu diqqətə çatdırıb.

Milli Məclisin deputatı cari il iyulun 4-də Ermənistanın silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini ağır qumbaraatanlardan atəşə tutmasından danışaraq bildirib: “Bu təxribat nəticəsində kiçik Zəhra Quliyeva və nənəsi Sahibə Quliyeva həlak oldular. Bu, artıq hərbi cinayət çərçivəsini keçərək insanlıq, bir ailənin, ananın və xalqın faciəsinə çevrilib”.

Vurğulayıb ki, Ermənistanın mövcud cinayətkar rəhbərliyi Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanılmasında maraqlıdır. Ermənistan dünya ictimaiyyətinin qarşısında özünü rüsvay edib, işğalçı ölkənin rəhbəri belə cinayətləri törətdiyini açıq şəkildə bəyan edib. Milli Məclisin deputatı qeyd edib ki, dünya ictimaiyyəti uşaq qətllərinə reaksiya verməli, AŞPA üzvləri reallıqları anlamalıdır. 

S.Fətəliyeva Avropa parlamentarilərinə təşkilatın dəyərlərini xatırladıb. O, həmkarlarını Ermənistanı öhdəliklərini və AŞPA-nın qəbul etdiyi qərarları icra etməyə və işğalçılıq siyasətinə son qoymağa məcbur etməyə çağırıb.

Şəhla Ağalarova, AZƏRTAC-ın
xüsusi müxbiri

Strasburq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında