AŞPA-nın sessiyasında Ermənistan dövlətinin rəsmən terrorizmə dəstək göstərdiyi bəyan edilib

Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın AŞPA-nın payız sessiyasının ikinci iş günündə deputatların suallarını cavablandırmasına həsr olunmuş parlament saatı bir sıra aktual məsələlərə diqqət yönəldilməsi ilə yadda qalıb.

Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov əslində bütün Avropa Şurasına ünvanlanın sualını səsləndirib. Suala keçməzdən əvvəl o, müasir dünyanın üzləşdiyi ən müdhiş bəlalardan olan terrorizmə qarşı mübarizədə bütün ölkələrin həmrəylik ifadə etdiyi bir vaxtda erməni terrorizminin əleyhinə kəskin reaksiya verilməməsinin anlaşılmaz bir yanaşma olduğunu bildirib.

Milli Məclisin deputatı Ermənistanın beynəlxalq aləmdə mənfur əməlləri ilə məşhur olan “Asala” kimi terror təşkilatının üzvü olaraq saysız terror əməlləri törətmiş cinayətkarlara nəvaziş göstərməsini, onlara Yerevanda heykəl qoyulmasını, xatirələrinin əbədiləşdirilməsini, canilərin milyonlar qazanmasından ötrü onlara geniş biznes imkanları yaradılmasını assambleya üzvlərinə konkret faktlarla bəyan edərək T.Yaqlanda belə bir sual ünvanlayıb: “Terrorizm bu gün bütün dünyanı narahat edən bəladır. Bütün beynəlxalq təşkilatlar və ölkələr terrorizmə qarşı mübarizədə həmrəyliklərini bəyan edirlər. Amma təəccüblüdür ki, Avropada, dünyanın müxtəlif ölkələrində, Cənubi Qafqazda böyük insan itkiləri ilə nəticələnən qanlı terror aktları törətmiş Varujan Qarabedyan, Monte Melkonyan, Vazgen Sislyan kimi terrorçulara Ermənistan dövlətinin xüsusi qayğı göstərməsinə Avropa Şurası göz yumur. Ermənistan dünyada məşhur olan belə terrorçuların ölənlərini rəsmən milli qəhrəman edir, adlarına küçə verir, dirilərinə Ermənistanda geniş biznes imkanları yaradır, terrorizmə dövlət səviyyəsində dəstək göstərir. Avropa Şurasından bütün belə hərəkətlərə etirazı ifadə edən  hansısa sərt bəyanatı nə zaman eşidəcəyik?”

Rafael Hüseynovun birbaşa cavab tələb edən bu sualının qarşısında T.Yaqland əsas mətləbdən yayınıb, bu problemin də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olduğunu, iki üzv ölkə arasındakı qarşıdurmanın təfərrüatları ilə məşğul olmağın ATƏT-in Minsk qrupuna həvalə edildiyini bildirib. Amma Avropa Şurasının da bu münaqişənin diplomatik vasitələrlə həllinə daim töhfə verməyə hazır olduğunu vurğulayıb. “İstənilən halda, harada olmasından asılı olmayaraq bütün terrorizm aktlarını pisləyirik”, - deyə T.Yaqland vurğulayıb.

Şəhla AĞALAROVA
AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında