Doqquz ayın yekunları göstərir ki, bu il Azərbaycan üçün uğurlu olacaq

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında diqqətə çatdırılmışdır ki, arxada qalan müddətdə qeyri-neft iqtisadiyyatımız 2,5, kənd təsərrüfatı 2,8, xarici ticarət dövriyyəmiz 7 faiz artmışdır. Bu müddət ərzində 226 min yeni iş yeri yaradılıb ki, onlardan 171 mini daimidir. Dövlətimizin başçısı iclasdakı nitqində digər sahələrdəki uğurlardan söhbət açmış və qarşıda duran vəzifələrin icrası ilə əlaqədar tapşırıq və tövsiyələrini vermişdir.

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bu barədə danışarkən uğurların səbəbini ölkəmizdə davamlı olaraq həyata keçirilən islahatlarla, həmçinin düzgün müəyyənləşdirilmiş strategiya ilə əlaqələndirdi. Bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti Azərbaycana hər gün yeni-yeni nailiyyətlər qazandırır, ölkəmizin dünya birliyindəki əlaqələrini genişləndirir, reytinqini getdikcə yüksəldir. Bu siyasi xətt əhalinin rifah halının yaxşılaşdırılmasında da böyük rol oynayır: “Biz bunu daxili və xarici siyasət sahəsində, eləcə də, sosial və mədəniyyət sektorlarında da müşahidə edirik. Əlbəttə, daha çox diqqət cəlb edən sfera da məhz iqtisadiyyatdır. İxracımız idxaldan 4,4 milyard dollardan çox olmuşdur. İlin əvvəlindən valyuta ehtiyatımız 4,5 milyard dollar artıb. Hazırda bu rəqəm 42 milyard dollar səviyyəsindədir”.

Sədaqət Vəliyeva ötən ildən başlayaraq, qlobal böhranın təsirlərini minimuma endirmək və ölkəmizi yenidən dinamik inkişaf mərhələsinə çatdırmaq üçün reallaşdırılan islahatların artıq öz bəhrəsini verdiyini də diqqətə çatdırmışdır. Deputatın fikrincə, bunu Nazirlər Kabinetinin iclasında səsləndirilən fikirlər, real rəqəmlər də təsdiqləyir. Bu ilin son 9 ayı ərzində dünya bazarlarında neftin qiymətinin hələ də aşağı səviyyədə olmasına baxmayaraq, Azərbaycanın valyuta ehtiyatları da artmış, yeni iş yerləri yaradılmışdır. “Ötən müddət ərzində yeni istehsal müəssisələrinin yaradılması, aqroparkların və sənaye məhəllələrinin işə salınması nəticəsində yeni iş yerlərinin yaradılması prosesi də uğurla gedib. Dünya bazarında “Made in Azerbaijan” kimi tanınan məhsulların çeşidinin artırılması, ölkəyə daha çox valyuta gətirən kənd təsərrüfatı məhsullarının istehsalına xüsusi diqqət yetirilməsi yeni iş yerlərinin artırılmasında böyük rol oynamışdır. Göründüyü kimi, 9 ayın yekunları Azərbaycanın uğurla inkişaf etdiyini sübut edir”.

S. Vəliyeva qeyd etmişdir ki, bu ilin 9 ayının yekunları da təsdiqlədi ki, ölkəmizin tərəqqisi davamlı, dinamik və hərtərəfli xarakter alıb. Qazanılan uğurlar bir daha əminlik yaradır ki, Azərbaycan 2017-ci ili də uğurla başa çatdıracaq.

Qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında