Kaxa Kaladze: Bakı və Tbilisi qardaşlaşmış şəhərlər olmalıdır

Azərbaycan və Gürcüstanın müxtəlif şəhərləri arasında qardaşlaşma haqqında müqavilələr var. Bu sənədlər həm ölkələrimiz, həm də şəhərlərimiz arasında əlaqələrin inkişafına xidmət edir. Düşünürəm ki, Bakı və Tbilisi şəhərləri arasında da belə bir müqavilə imzalanmalıdır. Buna ehtiyac var.

bu fikirləri jurnalistlərə müsahibəsində hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının Tbilisi şəhər meri vəzifəsinə namizədi, Gürcüstanın sabiq energetika naziri Kaxa Kaladze səsləndirib.

K.Kaladze deyib: “Azərbaycan ilə Gürcüstan yaxın dost, qardaş, strateji tərəfdaş ölkələrdir. Hesab edirəm ki, Bakı və Tbilisi şəhərləri arasında memorandum hər iki dövlətin maraqlarına uyğundur”. O, Tbilisi meri seçiləcəyi təqdirdə bu istiqamətdə səylərini artıracağını bildirib.

Qeyd edək ki, oktyabrın 21-də Gürcüstanda yerli özünü idarəetmə orqanlarına və Tbilisi şəhər meri vəzifəsinə seçkilər keçiriləcək.

Xətayi Əzizov,
AZƏRTAC-ın
xüsusi müxbiri

Tbilisi

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında