İran Azərbaycan ilə Xəzər dənizində əməkdaşlığın genişləndirilməsində maraqlıdır

İran Xəzəryanı ölkələrin təhlükəsizliyi və asayişin qorunması istiqamətində ikitərəfli əlaqələri genişləndirməkdə maraqlıdır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində İranın Ənzəli şəhərinin başçısı Mir Şəms Möminzadə
deyib. O bildirib ki, İran Azərbaycan ilə Xəzər dənizində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Azərbaycanın da, İranın da dəniz sahilində lazımi infrastrukturu var. Bundan səmərəli şəkildə istifadə edib yüklərin və sərnişinlərin daşımasını həyata keçirmək olar. Azərbaycan ilə İranın Xəzər dənizi sahilindəki limanları ilə əlaqələrin qurulması iqtisadiyyat, turizm, nəqliyyat sahələrindəki əməkdaşlığa böyük təkan verər. Bu əlaqələr hər iki dövlət üçün zəruridir.

Şəhər başçısı Azərbaycanın geniş iqtisadi potensiala malik olduğunu və qeyri-neft sektorunda həyata keçirilən islahatların gələcəkdə ölkəyə iqtisadi səmərə verəcəyini də qeyd edib.

Rabil KƏTANOV,
AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında