Azərbaycanın dünyanın lider dövlətləri sırasına yüksəlməsi düzgün müəyyənləşdirilmiş siyasi kursun məntiqi nəticəsidir

Son illərdə ölkəmizin dünyanın nüfuzlu beynəlxalq qurumlarının ali tədbirlərinin keçirildiyi məkana çevrilməsi ənənə halını alıb. Dünyanı qlobal maliyyə və iqtisadi böhranı bürüdüyü, neftin qiymətinin kəskin ucuzlaşdığı bir dönəmdə respublikamızın iqtisadi qüdrətinin möhkəmlənməsi, dünyada söz sahibinə çevrilməsi, bu inkişafın və nailiyyətlərin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsi dövlət başçısı tərəfindən düzgün müəyyənləşdirilmiş strategiyanın təntənəsidir.

Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın reytinqdə daha iki pillə yüksələrək, 35-ci yerdə qərarlaşması xəbəri bir daha təsdiqlədi ki, iqtisadi və siyasi sahələrdə həyata keçirilən islahatlar öz bəhrəsini verir.

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva ilə söhbətimiz də bu barədə oldu. O, Azərbaycanın nüfuzlu beynəlxalq qurumun hesabatında daha iki pillə irəliləməsi xəbərindən qürur duyduğunu bildirdi. Dedi ki, bu, Prezident İlham Əliyevin qətiyyətinin, düzgün müəyyənləşdirdiyi siyasi xəttin uğurudur.

S.Vəliyeva  cəmi 26 illik müstəqillik tarixi olan ölkəmizin dünyanın inkişaf etmiş bir sıra dövlətlərini də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə  geridə qoymasını iqtisadi islahatların məntiqi sonluğu kimi dəyərləndirdi:  “Azərbaycanın dünya ölkələrinin hər dördündən üçünü geridə qoyaraq MDB-də liderliyini qoruması, İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələri də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə qabaqlaması onu sübut edir ki, respublikamız ən rəqabətqabiliyyətli iqtisadiyyata malik qabaqcıl ölkələrdən birinə çevrilib”.

Onun sözlərinə görə, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar, qeyri-neft sektorunun sürətli inkişafı nəticəsində iqtisadiyyat liberallaşdırılır və şaxələndirilir: “Bunun nəticəsidir ki, bu gün regionların sosial-iqtisadi inkişafı geniş vüsət alıb.  Dünyada baş verən insidentlər, miqrant axını, qarşıdurmalar bir sıra dövlətlərin, o cümlədən iri şirkətlərin  iqtisadi gücünü sarsıtsa da, Azərbaycanın iqtisadiyyatı bu hadisələrə davam gətirərək, dayanaqlılıq nümayiş etdirmişdir. Bu da dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən qabaqlayıcı tədbirlərin nəticəsidir.”

S.Vəliyeva vurğuladı ki, hazırda  respublikamızda kiçik və orta sahibkarlıq inkişaf edir, qeyri-neft sektorunun ümumi daxili məhsulda çəkisi getdikcə artır, ölkə iqtisadiyyatına daha çox daxili və xarici sərmayələrin cəlb edilməsi üçün əlavə imkanlar yaradılır:  “Son illər ölkəmizə qoyulan sərmayələr də təsdiqləyir ki, dünya birliyində Azərbaycana, onun başçısına inam və etibar var. Axı, indiki mürəkkəb bir zamanda sərmayə qoyuluşunu cəlb etmək bir o qədər də asan məsələ deyil. Bundan ötrü ilk növbədə davamlı ictimai-siyasi sabitliyə və ölkə başçısı ilə xalqın sıx vəhdətinə nail olmaq lazımdır. Bütün bunların respublikamızda mövcudluğunu beynəlxalq ictimaiyyət də təsdiqləyir”.

Deputat əminliklə bildirdi ki, Azərbaycan bundan sonra da dinamik inkişafını davam etdirəcək, iqtisadi əlaqələrini getdikcə genişləndirəcək və beynəlxalq hesabatlarda adı daha  yüksək yerlərdə çəkiləcək.

Qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında