Nazir İvitsa Daçiç: Serbiya-Azərbaycan strateji tərəfdaşlığı inkişaf edir

Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi münasibətilə xarici işlər nazirləri Elmar Məmmədyarov və İvitsa Daçiç təbrik məktubu mübadiləsi ediblər.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazir Elmar Məmmədyarov həmkarına ünvanladığı məktubda ötən 20 ilin Azərbaycan və Serbiya arasında siyasi, iqtisadi, elmi, mədəni və humanitar sahələrdə əlaqələrin davamlı inkişafı ilə əlamətdar olduğunu qeyd edib.

Elmar Məmmədyarov bu illər ərzində Azərbaycan və Serbiyanın beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı olaraq bir-birilərini dəstəklədiklərini vurğulayıb. Bu xüsusda, nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipi əsasında tezliklə həllinə dair Serbiyanın prinsipial mövqeyinə görə minnətdarlığını bildirib.

Elmar Məmmədyarov 2013-cü il fevralın 8-də iki ölkənin dövlət başçıları tərəfindən “Dostluq münasibətləri və strateji əməkdaşlığa dair” Bəyannamənin imzalanması ilə Azərbaycan və Serbiya arasında ikitərəfli münasibətlərin yeni səviyyəyə keçdiyini qeyd edib. Nazir sözügedən Bəyannamənin Azərbaycan-Serbiya əməkdaşlığının daha da genişlənməsi üçün yeni perspektivlər yaradacağını bildirərək, orada müəyyənləşdirilmiş məqsədlərin gələcək illərdə də müvəffəqiyyətlə reallaşdırılacağından əminliyini ifadə edib.

Nazir İvitsa Daçiç Elmar Məmmədyarova ünvanladığı məktubda ötən müddət ərzində qardaşlıq və qarşılıqlı hörmət münasibətlərinin möhkəmləndirilməsi ilə yanaşı, iki ölkə arasında uzunmüddətli və sıx əməkdaşlıq üçün stabil əsas yaradıldığını bildirib. Bu xüsusda, nazir Serbiya və Azərbaycan arasında bərabərlik və qarşılıqlı inam prinsiplərinə əsaslanan ənənəvi dostluq münasibətlərinin strateji tərəfdaşlığın yüksək pilləsində inkişaf etməsindən məmnunluğunu ifadə edib.

İ.Daçiç birgə səylər nəticəsində iki ölkə arasında qarşılıqlı əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Sonda serbiyalı nazir Serbiyanın ərazi bütövlüyünün və suverenliyinin qorunmasına dair Azərbaycanın göstərdiyi prinsipial mövqeyə görə təşəkkürünü ifadə edib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında