Fazil MUSTAFA: Azərbaycan Prezidentinin BMT-nin Baş Assambleyasında qətiyyətli çıxışı hamımızın ürəyincədir

“Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışında gözlənildiyi kimi, Dağlıq Qarabağ münaqişəsi və erməni işğalının pislənilməsinə xüsusi yer ayırmışdı. Dövlət başçımızın çıxışı beynəlxalq aləmdə geniş rezonans doğurub”. Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa Prezident İlham Əliyevin BMT-nin Baş Assambleyasındakı qətiyyətli çıxışını yüksək qiymətləndirərək bunun hamımızın ürəyincə olduğunu bildirmişdir.

Partiya sədri demişdir ki, bir ölkənin problemlərini bu qədər sistemli şəkildə gündəmə gətirmək, həm də BMT strukturlarının, islahatla bağlı məsələlərini diqqətə çatdırmaq, eyni zamanda, Azərbaycanın maraqlarını tanıtmaq və respublikamızın işğala məruz qalmış ölkə kimi nə qədər haqlı bir mövqedə olduğunu göstərmək çıxışın əsas tezislərindən idi: “Hesab edirəm ki, dövlət başçımızın çıxışı kifayət qədər uğurlu alındı və əslində, dünya ictimaiyyətinin nəzərində hüdudlarına və əhalisinin sayına görə bir o qədər də böyük görünməyən Azərbaycanın böyüklüyünü bir daha qəbul etdirdi. Ölkə Prezidentinin təkzibedilməz faktlarla zəngin olan bu çıxışı ən azı Azərbaycan həqiqətlərinin yüksək tribunadan səsləndirilməsi baxımından bir fürsət oldu. Ölkə Prezidenti bütün məsələləri yüksək səviyyədə dəyərləndirdi”.

F.Mustafanın qənaətinə görə, Prezidentin bu çıxışından sonra əsl həqiqətlər tam ortaya qoyuldu. O dedi: “Dövlət başçımızın torpaqlarımızın işğalı ilə razılaşmayacağı, bu məsələdə də qətiyyətli mövqe nümayiş etdirməsi, xüsusilə “işğala və erməni separatçılarının cəbhə bölgəsindəki təxribatlarına son qoyulmasa, Azərbaycan Ordusu 2016-cı ilin aprel hücumunu yenidən təkrarlayacaq” deməsi hamımızın ürəyincə oldu. İlham Əliyevin bunu məhz BMT tribunasından deməsi vacib idi. Çünki işğalçı Ermənistan dövləti, onun havadarları, həmçinin dünya birliyi elə bilməsinlər ki, biz sona qədər işğalla barışacağıq”.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında