Elman MƏMMƏDOV: İşğalçı Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq olunmalıdır

“Möhtərəm Prezidentimiz İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasında qətiyyətli və cəsarətli çıxışı təkcə ölkəmizdə deyil, bütün dünyada böyük maraq oyadıb”. Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov dövlətimizin başçısının çıxışına münasibət bildirərkən səsləndirmişdir. O demişdir:

 – Dövlət başçımızın BMT-nin yüksək tribunasından Ermənistanın işğalçılıq siyasətini davam etdirməsini, işğalçı ordunun günahsız insanları, xüsusilə, uşaqları və yaşlıları qətlə yetirməsini, bu ədalətsizliyə dünya birliyinin hələ də göz yummasını kəskin tənqid etməsi ictimaiyyət tərəfindən razılıqla qarşılanmışdır. Ölkə başçısı bir daha bəyan etmişdir ki, Dağlıq Qarabağ Azərbaycanın qədim və tarixi torpaqlarıdır: “Ermənistanın işğalı nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb”.

Bütün bunlarda əsas təqsirkarlardan biri, günahsız insanların amansızlıqla qətlə yetirilməsində, onların evlərinin, həyət-bacalarının dağıdılmasında təşkilatçı və rəhbər olmuş şəxs Ermənistanın indiki prezidenti Serj Sarkisyandır. Qatil və cinayətkar dövlət başçısı Sarkisyan Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın işğal olunmuş digər rayonlarında azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin həyata keçirilməsində böyük fəallıq göstərmişdir. 

Serj Sarkisyan beynəlxalq hüququn norma və prinsiplərinə açıq şəkildə hörmətsizlik edir, özü dəfələrlə əllərini günahsız insanların qanına batırdığını həyasızcasına etiraf etmişdir. Dəhşətli qətliamların, soyqırımların törədilməsi zamanı səhra komandiri olmuş Ermənistanın indiki prezidenti, əslində, bu gün BMT Baş Assambleyasının tribunasında yox, həbsxanada olmalıdır.

 E.Məmmədov demişdir ki, İraqın sabiq prezidenti Səddam Hüseynə edam cəzasının verilməsinin əsas səbəblərindən biri də şiə təriqətindən olan 400 nəfərin qətlə yetirilməsində rolu olması idi. Bəs, beynəlxalq təşkilatlar Ermənistanın indiki prezidenti Serj Sarkisyanın minlərlə günahsız insanın qətlə yetirilməsinə rəhbərlik etdiyini niyə “görmür?” Dövlətimizin başçısı BMT Baş Assambleyasının 72-ci sessiyasında bəyan etmişdir ki, Ermənistan azərbaycanlılara qarşı Xocalı faciəsi törədib: Bu soyqırımı dünyanın 10-dan artıq ölkəsi tərəfindən rəsmən tanınıb. 1992-ci ilin 26 fevralında Ermənistan 613 Xocalı sakinini qətlə yetirib. Onların arasında 106 qadın və 63 uşaq var. Bu cinayəti törədənlərdən biri də Ermənistanın hazırkı prezidentidir. Aparıcı beynəlxalq təşkilatlar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmasını tələb edən qətnamələr qəbul edib. BMT Təhlükəsizlik Şurasının da 4 qətnaməsi var. Lakin Ermənistan qətnamələri yerinə yetirmir, 24 ildir ki, qətnamələrə əhəmiyyət vermir və cəzalandırılmır. Bəzən BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün içində icra olunur. Bizim vəziyyətimizdə isə 24 ildir, icra olunmur. Bu, ikili standartdır və qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiya tətbiq olunmalıdır.

Ermənistan ordusunun tez-tez şəhər və kəndlərimizə hücum edərək, təmas xəttində hərbi cinayət törətməsinə cavab olaraq, ötən ilin Aprel döyüşlərini xatırladan dövlətimizin başçısı uğurlu əks-hücum nəticəsində işğal olunmuş üç rayonda – Ağdərədə, Füzuli və Cəbrayılda bir neçə ərazilərin azad edildiyini, həmin ərazilərdə bayrağımızın qaldırıldığını diqqətə çatdırmışdır. E. Məmmədov demişdir ki, Azərbaycan Prezidentinin “Ermənistan rəhbərliyi bu dərsi yaddan çıxarmamalıdır. Əks təqdirdə, Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq” – fikrini səsləndirməsi həm Ermənistana, həm də işğalçı dövlətin havadarlarına ciddi mesajdır.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında