Tahir RZAYEV: Saziş Azərbaycan iqtisadiyyatının zəfər yürüşünü təcəssüm etdirir

Bakıda “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni sazişin imzalanması ölkə ictimaiyyəti, ziyalılar tərəfindən dərin razılıq hissi ilə qarşılanıb. Demək olar ki, hamı bu mühüm sənədi ölkəmizin uğurlu bugünü və parlaq gələcəyi üçün tarixi hadisə hesab edir. Milli Məclisin deputatı Tahir Rzayev bu barədə danışarkən dedi:

– Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1994-cü ildə Bakıda “Əsrin müqaviləsi”nin bağlanması müstəqil Azərbaycanın iqtisadi həyatında dönüş nöqtəsi olub. Xəzərin Azərbaycan sektorunda yerləşən zəngin enerji ehtiyatlarının dünyanın aparıcı şirkətləri ilə birgə hasil edilərək dünya bazarlarına çıxarılması ölkəmizin iqtisadi müstəqilliyini təmin eləyib.

Görünən budur ki, Azərbaycanın uğurlu neft strategiyası ölkəmizi regionun lider dövlətinə çevirib. Azərbaycan bütün sahələrdə çox sürətli inkişaf yolu keçib. Ölkəmizin iqtisadi qüdrəti artdıqca, dünya birliyində  siyasi nüfuzu da yüksəlib. Bütün bunlar Azərbaycanın milli təhlükəsizliyinin güclənməsinə, xalqımızın rifahının daha da yaxşılaşmasına səbəb olub.

Son 14 ildə  bu uğurlar Azərbaycan dövlətinin lideri, Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı çox hörmətli Prezidentimiz İlham Əliyevin səriştəli rəhbərliyi ilə həyata keçirilib. Dövlətimizin başçısı yeni dövrün reallıqlarını nəzərə alaraq, “XXI əsrin yeni sazişi”nin imzalanmasına nail olub. Bu mühüm sənəd tarixi hadisədir. Əminəm ki, zaman Azərbaycan dövlətinin, onun liderinin nə qədər haqlı və müdrik siyasət yürütdüyünü sübut edəcək.

Bəli, bu gün heç kimdə şübhə yoxdur ki, zaman Azərbaycanın xeyrinə işləyir. Bunu bütün dünya görür. Bir daha qeyd etmək istəyirəm ki, bu saziş Azərbaycan iqtisadiyyatının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına əyani sübutdur. hesab edirəm ki, sözügedən saziş Azərbaycan iqtisadiyyatının zəfər yürüşünü təcəssüm etdirir.

Yeni sənəd xalqımızın maraqlarına tam xidmət edir. Azərbaycan hələ uzun onillər boyu neft və qaz istehsalı və ixracı sahəsində mühüm ölkələrdən biri  olaraq qalacaq. Bununla bərabər, ölkəmiz enerji sahəsində qazandığı iri maliyyə vəsaitlərini qeyri-neft sektorunun inkişafına yönəltməkdə davam edəcək.

Təqdirəlayiq haldır ki, son illər ölkəmizdə aqrar sektorun inkişafında da davamlı, düşünülmüş işlər görülür. Azərbaycan kəndi gözlərimiz önündə yenidən qurulur, bölgələrdə iri infrastrutur layihələri həyata keçirilir. Bütün bunlar son nəticədə yeni iş yerlərinin yaranmasına, əhalinin həyat tərzinin yaxşılaşmasına səbəb olur.

Mən Azərbaycanın ali qanunverici orqanında Ağcabədi rayonunun seçicilərini təmsil edirəm. Seçicilərimlə, əhali ilə tez-tez görüşlərim olur. İnsanların böyük əksəriyyəti cənab Prezidentin daxili və xarici siyasətini birmənalı olaraq dəstəkləyir.

Bir məqamı da vurğulamağı vacib hesab edirəm. O da budur ki, ölkəmizdə bütün sahələrdə, o cümlədən elm və təhsil sahəsində uğurlu islahatlar aparılır. Təhsil Azərbaycan xalqının gələcəyi deməkdir. Möhtərəm Prezidentin qeyd etdiyi kimi, ölkəmizdə neft kapitalının insan kapitalına çevrilməsi baş verir. Bu gün Azərbaycanda ən yüksək, modern texnologiyalarla işləməyi bacaran gənc kadrlar yetişir. Azərbaycan gənci kreativ və yenilikçidir. Ən başlıcası, gənclərimiz Vətənə, milli dövlətçiliyimizə çox sədaqətlidirlər. Bir ziyalı və Milli Məclisin deputatı olaraq gənclərimizdə müşahidə etdiyim bu cəhətlər məni çox sevindirir.

Bəli, Azərbaycanı bütün sahələrdə parlaq gələcək gözləyir. hər birimiz bu xeyirxah işə öz töhfəmizi verməliyik. Ölkəmiz tərəqqi edib qüdrətli bir dövlətə çevrildikcə, Milli Ordumuz  güclənir, deməli, Azərbaycanın əzəli və əbədi torpaqları olan Dağlıq Qarabağda böyük Qələbəmiz yaxınlaşır.  

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında