Saziş qarşıdakı 32 il ərzində ölkəmizə böyük dividentlər gətirəcəkdir

“Əsrin müqaviləsi” adlandırdığımız “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin uzadılması Azərbaycan üçün böyük əhəmiyyət kəsb etməkdədir. Belə ki, sözügedən saziş ratifikasiya edildikdən sonra növbəti 32 il ərzində ölkəmizə böyük dividentlər gətirəcəkdir.

Doğrudur ki, müqavilənin birinci fazası da Azərbaycana çox gəlir gətirmişdir. Baxmayaraq ki, müqavilə 1994-cü ildə imzalanıb, 1997-ci ildən neft hasil edilməyə başladığı müddətdən etibarən – 20 il ərzində 436 milyon ton neft hasil edildi. Müqavilənin ikinci fazasında isə 32 il ərzində təxminən 500 milyon tondan artıq neft hasil edilməsi gözlənilir. Bu ildə təxminən 16 milyon ton neft hasilatı deməkdir. Əvvəlki dövrdə isə, ilə təxminən 22 milyon ton neft hasil edilmişdi. Bu,  onunla əlaqədardır ki,  yataqlarda getdikcə neft hasilatı azalır.

Eyni zamanda, hasil edilmiş neftin dünya bazarlarında satış qiymətlərini də müqayisə etsək, yenə də ikinci fazada Azərbaycanın əldə edəcəyi gəlir, nisbətən az olaraq proqnoz edilir.

Ancaq onu da qeyd etmək lazımdır ki, növbəti 32 il üçün neft qiymətlərini proqnozlaşdırmaq qeyri-mümkündür.

Bundan əlavə, onu da qeyd etmək lazımdır ki, 1994-cü ildə imzalanmış sazişə əsasən Azərbaycanın konsorsiumdakı payı 11,65 faiz  nəzərdə tutulmuşdu. Yenilənmiş sazişdə isə  Azərbaycanın payı iki dəfədən çox  artırılaraq 25 faizə  çatdırılmışdır.

Yəni, illik hasilatın və dünya bazarlarında neftin qiymətlərinin azalmasına baxmayaraq, Azərbaycanın sazişdəki pay bölgüsünün artması belə deməyə əsas verir ki, ölkəmizin nefdən gələn gəlirləri heç də azalmayacaqdır. 

Mustafa ABBASBƏYLİ, 
“Caspian Avropa” Klubu İdarə Heyətinin üzvü, 
hüquq üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında