Saziş Azərbaycanın iqtisadi qüdrəti ilə bərabər, milli təhlükəsizliyini də gücləndirəcək

Bakıda “Azəri”, “Çıraq” və Günəşli yataqları üzrə yeni sazişin imzalanması ölkə ziyalıları, ictimaiyyət nümayəndələri arasında dərin məmnunluq hissi yaradıb. Dünən qəzetimizin çox sayda oxucusu bu məsələ ilə bağlı  redaksiyamıza zəng edərək “Yeni əsrin sazişi”nin Azərbaycan iqtisadiyyatını keyfiyyətcə yeni mərhələyə yüksəldəcəyinə, xalqımızın rifah və güzəranını daha da yaxşılaşdıracağına əmin olduqlarını bildiriblər.

Zəng edənlər arasında “Beyləlmiləlçi əlil döyüşçülər” Fondunun rəhbəri, Qarabağ və Əfqanıstan müharibələrinin iştirakçısı Sərraf Orucov da vardı. O, sazişin Azərbaycanın iqtisadi qüdrəti ilə bərabər,  milli təhlükəsizliyini də gücləndirəcəyini dönə-dönə vurğuladı. QHT fəalı daha sonları bunları dedi:

– Mən sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanma mərasimində Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin dərin məzmunlu, parlaq nitqi ilə böyük maraqla tanış olmuşam. Hesab edirəm ki, belə mühüm sənədin imzalanması ölkəmizdə bütün sahələrdə son illərdə əldə olunmuş danılmaz uğurların məntiqi nəticəsidir. Bəli, hazırda regionun lideri olan Azərbaycana marağın artması ölkəmizdə hökm sürən yüksək siyasi, iqtisadi sabitlik nəticəsində mümkün olmuşdur.

Dövlətimizin başçısı nitqində haqlı olaraq demişdir: “Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır. Bizim kifayət qədər böyük valyuta ehtiyatımız var. İqtisadiyyat dinamik surətdə inkişaf edir, iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığın azaldılması istiqamətində çox önəmli addımlar atılmışdır və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə hər hansı bir başqa maneə və ya problem yoxdur”. Mən bu fikirlə tam razıyam və bu sözlər məndə xalqıma, millətimə, müstəqil dövlətimə görə dərin qürur hissi doğurur.

Bizdən fərqli olaraq, işğalçı Ermənistanın iqtisadi vəziyyəti gündən-günə pisləşir. Ermənilər ağır güzəran sıxıntısı üzündən öz ev-eşiklərini kütləvi şəkildə tərk edərək xarici ölkələrə getməyə məcbur olurlar. Ermənilər başa düşməlidir ki, böyük dövlətlərin dəstəyi hesabına işğal etdikləri Azərbaycan torpaqlarını əllərində heç cür saxlaya bilməyəcəklər. Onlar dərk etməlidirlər ki, Azərbaycan iqtisadi cəhətdən gücləndikcə, xalqımızın, müstəqil dövlətimizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaq imkanları da artır. Bir Azərbaycan vətəndaşı olaraq bütün bunlar məni çox sevindirir.

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında