Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun açıqlaması

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov OCCRP adlı qurumun xarici mediada yayılmış materialı ilə bağlı AZƏRTAC-a açıqlama verib. Açıqlamada deyilir:

- Hüquqi, demokratik dövlət olan Azərbaycan Respublikasının sürətli inkişafı, müstəqil daxili və xarici siyasəti bəzi maraqlı dairələri, xüsusilə Ermənistanı və erməni lobbisini ciddi narahat edir. “The Organized Crime and Corruption Reporting Project” (OCCRP) kimi qeyri-şəffaf və bəlli məqsədlər üçün yaradılmış qurumların qərəzli iddialardan və subyektiv mülahizələrdən ibarət materialları məhz bu kimi antiazərbaycan mərkəzlərin və şəbəkələrin sifarişi əsasında hazırlanır, sonra isə dünya mediasında tirajlanır. Bundan başlıca məqsəd Azərbaycanın sağlam imicini zədələmək və onun haqqında mənfi beynəlxalq rəy formalaşdırmaqdır. Həmçinin Azərbaycana dost münasibət bəsləyən, ölkənin inkişafı, ictimai-siyasi həyatı, iqtisadi nailiyyətləri ilə bağlı müsbət fikirlər bildirən tanınmış şəxslər – ictimai-siyasi xadimlər, rəsmi şəxslər, ekspertlər də hədəfə götürülür, heç bir əsas olmadan onların fəaliyyəti şübhə altına alınır.

Araşdırmalar göstərir ki, OCCRP-nin yaydığı həmin materialın əsas müəlliflərindən biri milliyyətcə ermənidir. Həmçinin “Guardian”da dərc olunmuş məlum məqalənin müəllifləri sırasına Dina Naqapetyan adlı erməni əsilli şəxs daxildir. Bu materialın dünya mediasında geniş yayılmasında da erməni lobbisi, onun təsiri altında olan antiazərbaycan şəbəkə və media nümayəndələri yaxından iştirak edirlər. 

Onu da qeyd etmək istərdim ki, əvvəlki dövrdə də Azərbaycana, ölkə Prezidentinə və onun ailə üzvlərinə qarşı bu kimi qərəzli iddialar irəli sürülmüş, ölkəmizlə bağlı çirkin kampaniya təşkil etmək cəhdləri olmuş, lakin onun sifarişçiləri və icraçıları öz məqsədlərinə çata bilməmişlər.

Bir daha bəyan edirik ki, OCCRP-nin imzası ilə dövriyyəyə buraxılmış son iddialar qərəzlidir, əsassızdır, təxribat xarakterlidir və Azərbaycana qarşı bəlli dairələr tərəfindən təşkil olunmuş çirkin qarayaxma kampaniyasının tərkib hissəsidir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında