Dünya belə forumlarla Azərbaycanı daha yaxşı tanıyacaq

Avqustun 21-dən Bakıda başlayan Qlobal Gənclər Forumu davam edir. Məclisin əhəmiyyəti ilə əlaqədar yerli və əcnəbi  gənc liderlər öz fikirlərini bildirirlər. Mövzu barədə “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov qəzetimizə açıqlama verib:

– Bildiyimiz kimi, son illər ərzində ölkəmizin paytaxtı böyük və mühüm tədbirlərə ev sahibliyi edir. Qlobal Gənc Liderlər Forumu da Azərbaycanın dünya miqyasında əhəmiyyətini artıran tədbirlərdəndir. Dünyanın 80 ölkəsinin aparıcı gənc liderləri Bakıda bir araya gəliblər. Dünya artıq bu forumlarla Azərbaycanı daha yaxşı tanıyacaq. Eyni zamanda, Azərbaycan həqiqətlərini, respublikamızda baş verən dəyişiklikləri, Azərbaycanın inkişafını görmələri üçün də bu forumun ölkəmizdə keçirilməsi arzuolunan idi. Ev sahibliyi etdiyimiz böyük tədbirlərdən sonra ölkəmizə turist axını bunun canlı göstəricisidir. Forumun savadlı və təcrübəli gənclərin inkişafı üçün də təkan rolunu oynadığını bildirmək olar.

Ölkəmizin beynəlxalq əməkdaşlığa verdiyi töhfə, əlaqələrin genişləndirilməsi üçün də bu kimi tədbirlər böyük əhəmiyyət kəsb edir. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutan Qlobal Gənc Liderlər Forumunda liderliyin fərdi qiymətləndirilməsi, müasir dövrün ehtiyac duyduğu liderlik formaları, qadın və kişi liderliyi arasındakı fərqlər, həmçinin liderliyin daxili və xarici hüdudları müzakirə olundu, debatlar təşkil edildi.

Tədbir iştirakçıları “Mənə görə liderlik nədir?”, “Liderliyi necə öyrənmək olar?”, “Qadın və kişilər fərqli şəkildə liderlik edirlərmi?”, “Mədəniyyətlər fərqli yol göstərir?” kimi suallar ətrafında fikir mübadilələri apardılar. Belə aktual məsələlərin müzakirəsi bir çox problemin öz həlli yolunu tapmasında da əminəm ki, öz təsirini göstərəcəkdir.

Forumda iştirak etmək üçün bir neçə ölkənin sabiq prezidentləri, baş nazirləri, nüfuzlu ictimai-siyasi və dövlət xadimləri Bakıya gəliblər. Həmçinin nüfuzlu ictimai xadimlər, habelə iri korporasiyaların rəhbərlərindən ibarət 20-yə yaxın ali səviyyəli qonaq bu böyük tədbirə qatılıb. Toplantı çərçivəsində keçirilən panel iclasları və qrup müzakirələrində gənc liderlər böyük siyasi təcrübəyə malik sabiq dövlət başçıları ilə interaktiv dialoq şəklində müxtəlif mövzular ətrafında fikir mübadiləsi apardılar. Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi həm bizim, həm də onların maraqlarına cavab verən bir amildir.

Hazırladı: Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında