Sabiq Prezident Petar Stoyanov: Azərbaycan çox gözəl, nadir və tolerant ölkədir

Mənim Azərbaycana xüsusi sevgim var. Azərbaycan çox gözəl, nadir və tolerant ölkədir.

Bu fikirləri jurnalistlərə müsahibəsində Qlobal Gənc Liderlər Forumunda iştirak edən Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov deyib.

Sabiq Prezident bildirib ki, Azərbaycanda müxtəlif dinlərə mənsub insanlar sülh şəraitində birgə yaşayırlar. Bu forum kimi mühüm beynəlxalq tədbirlərin keçirilməsi üçün Azərbaycan əla məkandır. Hər dəfə Bakıya gələndə paytaxtınızın necə dəyişdiyinin şahidi oluram.

Qlobal Gənc Liderlər Forumunun əhəmiyyətinə toxunan Petar Stoyanov vurğulayıb ki, gənc liderlər bizim gələcəyimizdir və buna görə də forum çərçivəsində biz onlarla öz təcrübəmizi, ideyalarımızı, mövqelərimizi bölüşürük. Müzakirə olunan mövzuların aktuallığı, irəli sürülən yeni ideyalar, təkliflər, gənclərin fəallığı forumun uğurlu nəticələr verəcəyini deməyə əsas verir.

AZƏRTAC

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında