Gözdə Dizdar: Forumun təşkilatçılığı növbəti dəfə məni heyran etdi

Bakıda avqustun 21-dən Qlobal Gənc Liderlər Forumu keçirilir. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən forumda xarici ölkələrin çoxlu sayda tanınmış nümayəndəsi iştirak edir. Forumda qardaş Türkiyəni təmsil edən nümayəndələrdən Qlobal İdarəçilik və İnkişaf Təşkilatının baş direktoru Gözdə Dizdar tədbirlə bağlı fikirlərini bizimlə bölüşdü:

– Bakıda keçirilən bu böyük forumda iştirak etməkdən məmnunluq duyuram. Deyərdim ki, Bakıda keçirilən tədbirlərin, forumların fərqli üslubu və özünəməxsus təqdimatı var. Mən bir neçə dəfə Bakıda beynəlxalq humanitar forumlarda, konfranslarda iştirak etmişəm, lakin hər dəfə daha yeni məcrada, daha yüksələn bir formada təşkilatçılıq, ideya istiqaməti görürəm. Bakı forumları sülhün tərənnümüdür. Bakı forumları inkişafın, qlobal problemlərin müzakirəsi üçün açıqdır. Bu dəfə də gənc liderlər üçün böyük məktəb əhəmiyyəti daşıyan forum keçirilir. Burada müxtəlif ölkələrdən gənc liderlər toplaşmışlar. Tədbirin əsas məramı onların müxtəlif düşüncəyə və baxışa malik olmasına rəğmən, bir-birinə isti və dost münasibətinin yaradılmasına nail olmaqdır. Müxtəlif problemlərin həlli ilə bağlı müzakirələrdə gənc liderlər ortaq fikrə gəlirlər və bu baxımdan forumun əhəmiyyəti misilsizdir. Hətta forumda iştirak edən gənc liderlərin təmsil olunduqları ölkələr də fərqli siyasi quruluşlara malikdirlər. Lakin bu da onların ümumi dil tapmasına mane olmur. Bu, yeni platformadır və burada əsas yük Bakının üzərinə düşür. Bir sözlə, forumun təşkilatçılığı növbəti dəfə məni heyran etdi.

Mən bu forumda bir sıra tanınmış ictimai-siyasi simaları gördüm. Forumun işində Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliev, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, Latviyanın sabiq Prezidenti Valdis Zatlers, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciya, İsrailin sabiq Prezidenti Dalia İtzik, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmayil Serageldin, Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin və digər iş adamları, təhsil ocaqlarının rəhbərləri və başqa qonaqlar iştirak edirlər. Bütün bunlar forumun beynəlxalq aləmdəki siyasi və ictimai çəkisini artırır və Azərbaycan haqqında fikirlərin daha da xoş bir mənzərə təşkil etməsinə kömək edir. Mən Azərbaycanın bu gedişlə dünyanın sülh mərkəzlərindən birinə çevriləcəyinə qətiyyətlə inanıram. Çünki Azərbaycan dövləti bunun üçün çalışır və yüksək təşkilatçılıq nümunəsi göstərir.

Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında