Dünyanın gənc liderləri Azərbaycanda bir araya gəldilər

Qlobal Gənc Liderlərin Forumunu çox əhəmiyyətli hadisə kimi dəyərləndirirəm. Dünya gənclərinin Azərbaycanda bir araya gəlməsi bir tərəfdən ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması ilə bağlıdırsa, digər tərəfdən Azərbaycan gənclərinin dünya miqyasında uğurlarının nəticəsidir.

Mətbuat vasitəsilə forumun gedişini diqqətlə izlədim. Çox əhəmiyyətli qlobal məsələlər müzakirə mövzusu olub. Burada bəşəriyyəti narahat edən ciddi problemlər barədə söhbət açılıb. Elmin, texnologiyaların sürətli inkişafının cəmiyyətdə yeni çağırışlar ortaya qoyduğu, insanların həyatında mühüm dəyişikliklər yaratdığı diqqətə çatdırılıb. Bildirilib ki, Bakı forumu bu məsələlərin müzakirəsinə xüsusi önəm verir. Gənclərin bu məsələlərin həllində daha fəal olmaqla səylərinin birləşdirilməsinin vacibliyi diqqətə çatdırılıb. Qeyd olunub ki, bu işdə dünyanın ictimai-siyasi xadimləri gənclərlə qarşılıqlı əlaqədə, çiyin-çiyinə fəaliyyət göstərməlidirlər. O da vurğulanıb ki, bu prosesdə təhsilin hamı üçün əlçatan olması məqsədilə imkanların səfərbər edilməsi olduqca vacib məsələdir. Azərbaycan gənclərinin də bu prosesə fəal şəkildə qoşulacağına inanıram.

Bu gün ölkəmizdə gənclərə böyük qayğı və diqqət var. Ulu öndərin ölkəmizdə həyata keçirməyə başladığı gənclər siyasətinin bugünkü uğurların Prezident İlham Əliyevin böyüməkdə olan nəslə necə qayğı ilə yanaşdığını hər bir azərbaycanlı gənc öz həyatında aydın hiss edir. Bu gün ölkəmizdə gənclərin təhsil almaları, istirahəti, yaradıcı fəaliyyətlə məşğul olmaları üçün hər cür şərait yaradılıb. İndi azərbaycanlı gənclər dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alır, xaricdəki diasporumuzun formalaşmasında yaxından iştirak edirlər.

Gənclərimizin idman sahəsində qazandıqları uğurlarla bütün dünya idman ictimaiyyəti yaxından tanışdır.

Bakıda dünyanın ən fəal gənclər təşkilatlarının nümayəndələri toplaşmışlar. Onlar burada həmçinin Azərbaycan reallıqları, bizim gənclərin uğurları ilə daha yaxından tanış olmaq imkanı qazanmışlar. Bu görüşlərin əhəmiyyəti bir də ondadır ki, gələcəyin qurucuları olan gənclər daha da yaxınlaşacaq, əlaqələr quracaq, gələcək fəaliyyətləri üçün yeni istiqamətlər müəyyənləşdirəcəklər.

Tədbir Azərbaycanı Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Qlobal Gənc Liderlərin Forumu ölkəmizin tarixində yeni və çox əhəmiyyətli tədbirdir. Azərbaycan gəncləri bu tədbirdə xüsusi fəallıq göstərir, dünyanın müxtəlif ölkələrinin gənc lderləri ilə təmas qurur, təcrübəli insanların məsləhətlərini dinləyirlər. Bu, çox faydalı görüşlərdir və güman edirəm ki, yaxın gələcəkdə öz müsbət nəticələrini verəcək.

Biz gənclər sabaha böyük ümidlərlə addımlayırıq. Yaxşı bilirik ki,Azərbaycanın çox uğurlu gələcəyi var.

Cavid HACIYEV,
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında