Sayyad Masud Çişti: Bakıda keçirilən skaut konfransı dünyaya dostluq və sülh mesajını verdi

Bakıda keçirilən Dünya Skaut Konfransı dünyaya dostluq və sülh mesajını verdi. Yeni dostların qazanılması, skautinqin inkişaf etdirilməsi, kreativ ideyaların gerçəkləşdirilməsi və ölkələrin turizm potensialının təbliği istiqamətində Bakı konfransının əhəmiyyəti böyükdür.

Bu sözləri AZƏRTAC-a müsahibəsində 41-ci Dünya Skaut Konfransının iştirakçısı, Pakistan Özəl Məktəblər Milli Assosiasiyasının prezidenti Sayyad Masud Çişti deyib.

Pakistanlı qonaq bildirib ki, Bakıda keçirdiyi günlər onun yaddaşında xoş izlər buraxacaq: “Artıq Bakı konfransının sonuna yaxınlaşırıq. Konfrans hər bir iştirakçının skautinq sahəsində yeni biliklər əldə etməsində mühüm rol oynayacaq. Onu da xüsusi vurğulamaq istərdim ki, Bakı konfransı digərlərindən yüksək təşkilatçılığı ilə fərqlənir. Ölkənizdə skautinqin inkişafı üçün hər cür şərait var. Azərbaycan zəngin adət-ənənəyə və mədəniyyətə sahibdir. Bütün bu gözəlliklərin təbliğində skautinqin də mühüm rolu var. Mən Azərbaycana ilk dəfədir gəlirəm. Burada gördüklərim məni valeh etdi”. 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında