Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi edir

Ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi artıq ənənə halını alıb. Son illər bir-birinin ardınca keçirilən forum və sammitlər, həmçinin beynəlxalq miqysalı idman yarışları, xüsusilə IV İslam Həmrəliyi Oyunları, “Formula-1” yarışması da bunu təadiqləyir. Bir neçə gün əvvəl Qəbələ rayonunda 13-cü Dünya Skaut Gənclər Forumu keçirildi.  İndi isə paytaxtımızda 41-ci Dünya Skaut Konfransı keçirilir.

Bu gün Azərbaycan gəncliyi həm ölkə daxilində, həm də beynəlxalq aləmdə elm, təhsil, mədəniyyət, idman və digər sahələrdə yüksək səviyyədə təmsil olunurlar, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında yüksək fəallıq nümayiş etdirirlər. Bu baxımdan Dünya Skaut Gənclər Forumunda fikir mübadiləsi aparılması gələcəkdə gənclər proqramlarının həyata keçirilməsində böyük rol oynayacaq.

Dünya Skaut Konfransının Azərbaycanda təşkil olunması  yetişən gənc nəsli çox sevindirir. Çünki Azərbaycan  belə tədbirləriin keçirilməsində həmişə yüksək təşkilatçılıq bacarığı ilə seçilib, eyni zamanda, bu sahədə təcrübəmizi də artırırıq. Qəbələdə və Bakıda keçirilən tədbirlərin təşkili də bunu bir daha təsdiqləyir.

Bakı konfransında skaut hərəkatının gələcək inkişafı istiqamətində aparılan  faydalı müzakirələr qonaqları məmnun edib. Azərbaycanlı skautinqlərin peşəkarlığının tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilməsi bizi sevindirir. Bu da ölkəmizdə  skautinqin inkişafı üçün əlverişli şərait və imkanların olmasından xəbər verir.

Bakı konfransı ölkələrin və iştirakçıların sayına görə rekord müəyyənləşdirib.  Azərbaycanda və bütövlükdə Avrasiya regionunda ilk dəfə keçirilən bu konfrans iştirakçıların sayına görə  əvvəlkilərdən fərqlənir. Konfransda iştirak üçün 157 ölkənin qeydiyyatdan keçməsi də bundan xəbər verir. Bu, Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsində yüksək təşkilatçılıq nümayiş etdirməsinin nəticəsidir.

Ümid edirəm ki, skaut hərəkatının inkişafında Bakı konfransı mühüm rol oynayacaq.

Vüqar Qədirov,
Qaçqın və Məcburi Köçkün
Gənclər Təşkilatının sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında