Banqlaşdeş rəsmisi: Azərbaycanda skautinqin inkişafı üçün hər cür şərait var

Azərbaycanda skautinqin inkişafı üçün hər cür şərait var. Bu sahənin Azərbaycanda inkişafı ölkənin turzim imkanlarının genişlənməsinə, turistlərin sayının artmasına xidmət edir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Banqladeşin Fövqəladə Hallar və Xilasetmə Nazirliyinin katibi Şah Kamal deyib.

Ölkəmizə ilk dəfə səfər etdiyini deyən banqladeşli qonaq bildirib ki, Azərbaycanın çox gözəl təbiəti var. Qəbələ və Bakı ilə tanış olmaq imkanım olub. Paytaxtınızın möhtəşəm görüntüsü məni heyran etdi. Xəzər dənizi isə Bakının gözəlliyinə əlavə rəng qatır. Ümid edirəm ki, növbəti illərdə yenidən Azərbaycana gəlib istirahət etmək imkanım ­olacaq.

“Banqladeşdə skautinqin inkişafı üçün dövlət tərəfindən müəyyən addımlar atılır. Azərbaycanda da dövlət qayğısını hiss etdim. Ölkə skautları üçün hər cür şərait yaradılıb. Dünya Skaut Konfransının Bakıda möhtəşəm təşkili bu qayğının bariz nümunəsidir”, - deyə Şah Kamal əlavə edib.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında