Rüstəm Xəliov: Beynəlxalq birlik Ermənistana “Dayan!” deməlidir

İşğalçı Ermənistan dövlətinin beynəlxalq hüququn norma və prinsiplərinə saymazlığı,  təcavüzkar siyasəti və dinc azərbaycanlı əhaliyə qarşı mütəmadi olaraq törətdiyi ağır cinayətlərin qarşısının alınmaması onu daha da həyasızlaşdırır.  Öz ölkəsində də qatil kimi tanınan prezident Serj Sarkisyanın beynəlxalq təşkilatların sülh çağırışlarına məhəl qoymaması və insanlığa qarşı hərbi cinayətlərini davam etdirməsi getdikcə həddini aşır.  Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan sülh danışıqlarında qeyri-konstruktiv mövqeyi artıq  bəllidir.  Ancaq beynəlxalq qurumların təcavüzkarı cəzalandırmamaqda  ciddi təşəbbüs göstərməməsi tez-tez ağır cinayətlərin baş verməsi ilə nəticələnir. Son vaxtlar Füzuli rayonunun Alxanlı və Tovuz rayonun cəbhəboyu kəndlərini ağır artileriya vasitələrindən  atəşə tutmaları da bu cəzasızlığın nəticəsidir.

BMT Təhlükəsizlik Şurasının Ermənistan hərbi birləşmələrinin işğal edilmiş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnaməsinin 24 ilə yaxındır ki, kağız üzərində qalması, həmçinin münaqişənin nizamlanması üzrə sülh danışıqlarının  təşkilatçısı olan ATƏT-in Minsk qrupunun problemə ikili mövqedən yanaşması atəşkəs rejiminin daim pozulmasına şərait yaradan əsas amillərdəndir.

İşğalçı Ermənistan ordusunun münaqişə zonasına yaxın ərazilərdə azərbaycanlı dinc sakinləri – xüsusilə uşaqları, qadınları və qocaları amansızlıqla qətlə yetirməsi  son vaxtlar daha da intensivləşib. Baş verən bu qanlı olay dinc Azərbaycan əhalisinə qarşı törədilən heç də ilk hadisə deyil. Ermənistan hərbi birləşmələri tez-tez Azərbaycanın yaşayış məntəqələrini və mülki şəxsləri hədəfə alaraq, atəşkəsi pozmaqda davam etməsi barədə xəbərlər Azərbaycanın rəsmi strukturları, ictimaiyyəti və bütövlükdə vətəndaş cəmiyyəti institutları tərəfindən haqlı olaraq, çox sərt etirazla qarşılanır. Söz yox ki,  Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulur. Ancaq bu hal nə vaxta qədər davam etməlidir?

Dünya birliyinə də bəllidir ki, faşistlərdən də qəddar olan Ermənistan ordusunun  Azərbaycanın mülki əhalisinə  qarşı təxribat cəhdləri, beynəlxalq qanunlara meydan oxuması və suveren respublikamıza qarşı təhdidləri bu gün də davam etdirilir.

 BMT Təhlükəsizlik Şurası, eləcə də, digər beynəlxalq təşkilatlar Azərbaycana qarşı təcavüzkar və işğalçı siyasət yürüdən, uşaq qatili olan Ermənistan dövlətini törətdiyi cinayətlərə, münaqişə zonasına yaxın ərazilərdə azərbaycanlı dinc sakinləri – uşaqları, qadınları və qocaları amansızlıqla qətlə yetirən işğalçı Ermənistan ordusunun bu qanlı cinayətlərinə, nəhayət “Dayan!” deməlidirlər.

Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan sülh danışıqlarında qeyri-konstruktiv mövqeyi və beynəlxalq qurumların sülhə məcburetmə təşəbbüslərinin yetərsizliyi işğalçı Ermənistanın uşaqları, qadınları və qocaları davamlı şəkildə qətlə yetirməklə, bu cür ağır cinayətlərin baş verməsinə gətirib çıxarır.

Münaqişənin sülh yolu ilə  həllinə çalışan beynəlxalq təşkilatlar,  həmçinin dünya birliyi, bütün beynəlxalq ictimaiyyət münaqişə zonası ətrafında uşaqları, qadınları və qocaları qətlə yetirən işğalçı Ermənistan ordusunun bu qanlı cinayətlərinə göz yummamalı, təcili şəkildə təcavüzkarın yerinə oturdulması ilə bağlı qətiyyətli tədbirlər görməlidir.

Rüstəm XƏLİLOV,
Milli Məclisin deputatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında