Ermənistan terrorizm siyasətindən əl çəkmirsə, dünya susmamalıdır

Mən bu hadisəni – Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Qaralar kəndinin sakini,  2004-cü il təvəllüdlü Yusifov Ramin Sabir oğlunun düşmən atəşi nəticəsində qəlpə xəsarətləri alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilməsini – eşidəndə  bir qədər bundan əvvəl Moskvadan Tbilisiyə uçan təyyarədə baş vermiş insident barədə düşündüm.  Təyyarədə indi adını xatırlamadığım bir soydaşımızla yan-yana əyləşmiş  erməninin öz həyat yoldaşı və uşağı ilə söhbət etdiyi zaman qəflətən ürək tutmasından vəziyyəti ağırlaşır və onun qorxu içərisində olan ailə üzvləri ətrafdakılardan kömək istəyirlər.

Erməniyə ilk yardımı bizim soydaşımız göstərir və təyyarədəki tibbi personalın cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmur. Azərbaycanlının qolları üstündə dünyasını dəyişən erməninin ailə üzvləri göstərdiyi yardıma görə soydaşımıza minnətdarlıq etməyi unutmurlar. Sonra həmin soydaşımız mətbuat təmsilçilərinə deyib ki, hamıdan kömək istəyən o körpənin imdad diləyən səsi heç zaman qulağımdan getməyəcək.

Nə üçün bu faktı yada saldım? Ona görə ki, başda Serj Sarkisyan olmaqla ermənilər 1992-ci ilin fevralında Xocalıda qırdıqları uşaqların fəryadını qətiyyən eşitmədilər. Atəşkəs dövründə terror və təxribatla qətlə yetirdikləri onlarca azərbaycanlı balasının səsinə məhəl qoymadılar.  Hələ iki yaşı tamam olmayan körpə Zəhranı öz həyətində, oyuncaqları ilə oynadığı zaman qətlə yetirdilər. Hamısı da bilərəkdən, düşünülmüş siyasət nəticəsində, min illər boyu azərbaycanlılara məxsus olmuş torpaqları ələ keçirmək məqsədilə.

Ermənilər bizim körpələrimizə qarşı “uf” demədən bu qaniçənlikləri törətdilər, bizim soydaşımız isə düşmən xalqın körpəsinin fəryadına görə xəstə erməninin həyatını xilas etməyə çalışdı. Bu, xalqların mənəvi aləminin arasındakı fərqi göstərən amildir. Bu, bir daha göstərdi ki, tökülən qanlar, törədilən fitnə-fəsadlar ayrı-ayrı ermənilərin günahı yox, Ermənistan dövlətinin yürütdüyü siyasətin iyrəncliyidir. Prezidenti Serj Sarkisyan olan dövlətdən bundan başqa nə gözləmək olar ki? Elə təyyarədəki azərbaycanlı da öz xalqının və dövlətinin əxlaqını, mənəviyyatını, düşüncə tərzini ortaya qoymuşdu. Sadədən də sadə olan bu fakt bir daha azərbaycanlılarla ermənilər arasındakı mənəvi fərqin miqyasını göstərir.

Ona görə də mən Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira xanım Süleymanovanın erməni vəhşiliklərinə etiraz olaraq BMT-nin Baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali komissarına, YUNİSEF-ə, İslam Əməkdaşlıq Təşkilatına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə və müxtəlif ölkələrin ombudsmanlarına ünvanladığı müraciətə qoşuluram. Orada deyilir: “Cəzasızlıq mühitinin arxayınçılığı belə səviyyəyə çatıb ki, dəfələrlə törətdiyi vəhşiliklər, xüsusilə azyaşlı uşaq və qadınları hədəfə alması beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə pislənilməsinə baxmayaraq, Ermənistan bu çirkin əməllərindən nəticə çıxarmayaraq avqustun 7-də 13 yaşlı Ramin Yusifovun yaralanması ilə nəticələnən növbəti cinayəti törətməkdən belə çəkinməmişdir. Bu hadisələr isə Ermənistanın təcavüzkar siyasətini, qeyri-insani hərəkətlərini növbəti dəfə təsdiqləyərək, beynəlxalq hüquq normalarına saymazyana münasibət göstərdiyini bir daha sübut edir.

Beynəlxalq ictimaiyyət bu cür qəddarlıq, amansızlıq və qeyri-insani hadisələrə laqeyd qalmamalı, beynəlxalq cinayətləri törətmiş işğalçı Ermənistanın BMT Nizamnaməsinə müvafiq olaraq cəzalandırılmasına nail olmalıdır".

Tofiq BAKIXANOV,
Xalq artisti, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında